07.05.2018 [10:18] - Xəbərlər, DAVAMın yazıları
Demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da Enter.News Cümhuriyyətimizin 100 illiyi ərəfəsində olduğundan hər həftənin şənbə və bazar günləri parlamentdə olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağı nəzərə alıb.
Yazının əvvəlini bu linkdən oxuyun.
Otuz dördüncü iclasın davamı
6 may 1919-cu il
Məmməd Əmin - Burada bütün firqə nümayəndələri, o cümlədən sol tərəfdə oturan sosialist nümayəndələri dəxi ümumi istiqlaliyyət məsələsində bir adam kimi yek vücud olaraq sağdan və soldan gələcək düşmənlər əleyhinə çıxıb istiqlaliyyəti müdafiə edəcəyik və bizi əsarətə almaq istəyənlər əleyhində olacağıq dedilər. Fəqət, arada bir fərq var. Başqa fraksiyon nümayəndələri bilaşərt və qeyd açıq surətdə meydanda olan məsələdən, bolşevik təhlükəsindən bəhs etdikləri halda Əhməd bəy cənabları bir müdafe (zaşitnik) vəziyyəti aldılar. Öylə təsir hasil oldu ki, guya kəndi vəziyyətlərini müdafiə edirlər. Əhməd bəy bir növ inciməyərək söyləyir ki, bizi təqsirli görürsünüz. Guya biz təqsirliyik, bir qüsur etmişik?
...Həqiqətən də Əhməd bəy cənablarının haqqı var ki, buraya bir müdafi vəziyyətində çıxsın və müdafiə nitqi söyləsin. Müdafiə nitqində söylədilər ki, Çurayev təhti-idarəsində olub da özinə fəhlə konfransı adı verən müəssisənin təklif maddələrinin bir çox dərin iqtisadi səbəbləri var ki, onlara əhəmiyyət verməməlidir və kömək etməlidir. Nəticə etibarilə hər nə qədər Əhməd bəy öz nitqini mübarizə şüarları ilə bitirsə də, o vaxt istəsə idiniz dediyim kimi başdan ayağa yalnız kəndi vəziyyətlərini dəyil, eyni zamanda konfrans tələbləri ilə tətili də müdafiə etməli idiniz. Əvət, başqa dürlü olamaz və hərəkət edə bilməzlərdi. Biz sosyalistlərimizin bu kürsüdən istiqlalımızı saxlamaqda rəayət edəcəyik demələrinə inanırıq. Buna şübhə etmək istəməyirik. Lakin bununla bərabər başqa firqələr kimi deyil, müdafe bir vəziyyət aldıqlarını da anlarıq. Əhməd bəy və onunla bərabər Ağamalı oğlu kollektivin “qoxulu” maddəsini qəbul etməyiniz, dedilər fəqət, fəhlə konfransında kollektivni doqovorun maddələri müzakirə olunurkən əleyhinə çıxıbda bu maddə olmasın deməli idilər. Orada adamları vardır. Heyəti rəyasətdə nümayəndələri oturur. Fəqət orada bu barədə bir şey deməyib, başqa şeylər söyləmişlərdir. Orada hümmət firqəsi mərkəzi komitəsinin üzvü Əzimzadə demiş ki: Yox! yoldaşlar, qorxmayın! Azərbaycan əsgəri də bizimlədir. Bizə tərəfdardır. Əlbəttə, Əhməd bəy burada müdafiə vəziyyəti alacaqdı. Çünki bir tərəfdən ondan ötrü burada yalnız iqtisadi maddələr qəbul olsun, başqa maddələrin tərəfdarı olmayacağıq deyirsə də, digər tərəfdən onun yoldaşı Qarayev indiki halda staçkomda oturub zabastovkanın müntəzəm surətdə davaminə çalışır. (Mərkəzdən və sağdan sürəkli alqışlar). Əfəndilər! Burada Mustafa ağa söylədi ki, istiqlalımıza iki tərəfdən - sağdan və soldan təhdidlər vardır. Mustafa ağa sağdan gələn təhdid qorxulu deyildir dedi, soldan gələn isə daha çox qorxuludur. Doğrudur. Çünki soldan gələn təhdid bir tərəfdən özünə sol adı qoymuş müsəlmanlar tapır ki, staçkomu idarə edirlər, digər tərəfdən də aramızda oturub nitq söyləyir. Əvət, sağdan da, soldan da təhdidlər var. Sağdan gələn təhdid ona görə qorxulu deyildir ki, heç bir azərbaycanlı türk-müsəlman, açıq-açığına ona tərəfdar olanmaz.
Azərbaycan istiqlaliyyəti əleyhinə gedən qüvvəyə tərəfdar çıxmaya, bir müsəlman cəsarət edənməz. Halbuki, soldan gələn təhdid böylə deyildir. Soldan gələn təhdid onun üçün qorxuludur ki, bugün Məclisi-Məbusan əzası arasında belə onunla bərabər çıxmağa tənəzzül edənlər bulunur və bunu kəndi heysiyyəti-siyasilərinə bir ləkə ədd etmirlər. Sol təhlükənin oturduğumuz binanın altına bomba qoyduğu bir zamanda, sağ təhlükə haqqında qoparılan gurultularını şübhəyə almaq mümkündür.
Əcəba, bununla onlar daha böyük və daha müdhiş bir təhlükəni örtmək istəmirlərmi?!... (Alqış). Əfəndilər! Bugünkü iclasda bizə deyirlər ki, biz iqtisadi maddələri müdafiə edirik. Fəqət, dünkü iclasda maliyyə məsələlərini müzakirə edirkən Hacıtərxan yolunun açılmasına ingilislərdən bir ay əvvəl tələb edənlər kim idi? Və fəhlə konfransında Hacıtərxan yolunun açılması müzakirə olunurkən bu tətilə sırf siyasi bir rəng vermək istəyən parlamanın sosialist əzasından Əbilov cənabları idi. Və bu tələbi də dünən bu kürsüdən tələb edənlər yenə onlar idi.
Deməli bir tərəfdən siyasi, digər nöqteyi-nəzərdən maddi-iqtisadi tələbləri müdafiə edirlər ki, bununla konfrans tələblərini tamamilə duymuş olurlar. Fəqət, bunun əleyhinə söyləməyə cəsarət eləmirlər. Əgər bu qədər cəsarətli olaydılar konfrans tərəfindən qoyulan maddələrin ikisini də müdafiə edərik desə idilər o vaxt fəhlə konfransı ilə aralarında şəklən də təfavüt qalmazdı. Çünkü fəhlə konfransının tələb etdiyi iki məsələdir ki, bizim sosialistlər birin dünən, digərini də bu gün müdafiə edirlər. İşdə biz lazım bildik ki, istiqlaliyyət müdafiəsi yolunda parlaman yoldaşlarımız sosialistlərin qəti olaraq, fikirlərini aşkar bilək. Çünkü, bu yalnız zabastovka məsələsi deyildir və bugünün tazə məsələsi də deyildir. Çünkü çoxdan onların hərəkətində bir təbdil və tərəddüd görünürdü. Bir çox əlamətlər zahir olmuşdu. Hətta “Hümmət”in son konfransında Sovet hökumətini qəbul yolunda bir təbəddül və tərəddüd oldu. Məclisi-Müəssisan dəvətinə qədər vaqe parlamandan başqa Azərbaycan istiqlaliyyətini müdafiə edəcək bir müəssisə olmadığı, Azərbaycanın haiz olduğu suverniteti müdafiə etmək yalnız ona vagüzar olduğu halda bu parlaman dəxi son vaxtlarda tənəzzül və tənqidə uğradı. Kəndi vəziyyətlərini müdafiə etmək üçün mitinq natiqlərinə yaraşır bir lisanla - demokratiçeski soveşaniyada istiqlaliyyəti müdafiə edirik, müsavat isə fedarasyon tərəfdarı idi dedilər. Fəqət, mənə, müsavat firqəsinin nümayəndəsinə zənn edirəm ki, bu kürsüdən Müsavat Azərbaycan tərəfdarıdır deyib müdafiə etmək, aşkar bir həqiqəti söyləmək açıq qapıyi zorlamamaq qədər əbəsdir. Əgər firqələrin keçmişinə müraciət edərsək, Azərbaycan şüarını ilk dəfə ortaya atan firqənin Müsavat olduğunu görərik, əgər Zaqafqaziya seymində oxunan bəyannamələri nəzərdən keçirsəniz görərsiniz ki, Azərbaycan sözü sosialistlərimizin dilinə belə gəlməmişdir. Son zamana qədər onlar muxtariyyət fikrinə bir növ abstrak fikirimi baxmışlardır. Soveşaniyada müsavat nə demiş? Müsavatın qətnaməsində deyilirdi ki, əsasən fedarasyon fikrini qəbul edərək millətlərin kamal azadlıqla vücudə gətirəcəkləri ittifaqa müariz olmayaraq və i.x.... Müsavat bunu indi də söyləyir.
Bunda Azərbaycanın istiqlaliyyətinə heç bir rixnə görməz. Müsavat Azərbaycanın yalnız Rusiyada qurulmuş milli hökumətlər ilə deyil, bütün dünya millətlərilə federasyon əsasilə birləşmək tərəfdarıdır. Bu, Müsavatın idealıdır. Və Rusiya ərazisində federasyon idealilə hökumətlər vücudə gəlirsə və Azərbaycan onlar ilə də öz meyli və arzusilə birləşərsə bundan nə Azərbaycanın istiqlaliyyətinə, nə müsavatın xətti-hərəkətinə bir zərər və rixnə toxunur. Fəqət, dünən çıxarılan və mürəkkəbi hənuz qurumamış bulunan bir qətnamə vardır. O da professionalnı söyüzların konfransında çıxarılan qətnamədir ki, Zaqafqaziyanı Sovetski Rusiyanın ayrılmaz bir qismi hesab edir. Bu qətnaməyə kommunistlərlə bərabər rəy verənlər hümmətçilər olmuşdu. Böylə bir qətnamə meydanda ikən, digər bir qətnaməni təhrif edərək ondan bəhs etmək, mənaları bu qədər bir-biri ilə qarışdırmaqla hər firqədən əvvəl istiqlaliyyət fikrini doğrudan da ən böyük günahi-türkçülük, Azərbaycançılıq və istiqlaliyyətçilik olan müsavatı Azərbaycan əleyhində olmaqla ittiham etmək söz olmadığı üçün söz tapıb söyləməkdən başqa bir şey deyildir.
(Alqışlar).
Əfəndilər! Burada bizim gənc əsgərlərimizdən və onlara icraiyi-təsir etməkdən qorxudurlar. Bu doğrudur. Qorxunun yeri də vardır. Fəhlə konfransında hümmətçilərdən Əzimzadə təklifdə olmuş ki, əsgərlərə müraciət etsinlər. Onlar yalnız füqəranın uşaqlarından olduğu üçün bizimlə bərabərdir demişlər. Bunun üstündə dayanmaq istəmirəm. Türk xalqının zəhmətkeş sinfi hər zaman zəhmətkeşlərlə bərabər olar. Fəqət, bu adla başqa cəhangiranə bir məqsəd bəsləyən digər bir millətin əlində alət olub əsarət zəncirini öz millətinin boynuna salmaq istəməzlər. Əminəm ki, bizim gənc və əməlpərvər əsgərlərimiz milli idealları, milli ittihadı, milli məqsədi sinfi mənfəətlərə fəda etmək istəməzlər. Yalnız istiqlalı, bütün xalqı təmsil bir sinif əhalinin və sinif ehtiyacları ilə milli idealla bərabər olursa, qorxu yoxdur. Sosiyalist qardaşlardan bir qismi sui-niyyət bəsləyənlərə uyaraq bu qızıl təhlükəyə aldanırsa, qətiyyən əminəm bizim əsgərlərimiz ki, xalq kütləsindən yetişmişlər o şeylərə uymaz və aldanmazlar.
Əllərinə vəsiqə olaraq aldıqları Azərbaycan bayrağını daima yüksək qaldıracaq, hər ünvanla olursa-olsun, istər sağdan, istərsə soldan olsun, əsarət zəncirini boynumuza taxanlara qarşı çıxacaqlar. İştə əfəndilər, sözlərim bitmişdir. Son söz olaraq söyləyəcəyim budur ki, hökumətin gördüyü tədbirləri təqdir edərək, bu tədbirlərin üstündə duran hökuməti axıradək təqib edəcək nə qədər bu uğurda qəti tədbirlər görərsə, bir o qədər bizim səadətimizə məsrəf olacaqdır.
Rəis - Bu münasibətlə Müsavat tərəfində təklif vardır. Onu oxuyub səsə qoyacağam. Bundan başqa bir təklif gəlməmişdir. (Sosialistlər yerlərindən təklif edirlər). Bir daha olamaz, mən rica edirəm, qəbul olunmuş nakazı oxuyunuz. Müzakirə bitdikdən sonra heç bir təklif qəbul olunmaz. İstəyirsiniz nakazı dəyişək, ya ona ehtiram ediniz. Mümkün deyil, yalnız bir təklif var, onu səsə qoyacağam
(Oxuyur).
Danışmaq istəsəniz, 5 dəqiqə tənəffüs elan edirəm. (Tənəffüsdən sonra).
Rəis - İclas davam edir. Rica edirəm, bu siyahiləri doldurmayasınız. Çünkü dəftərxanada səhv olub, siyahi bir firqə adında yazılmışdır. Təzədən siyahı hazırlanacaqdır.
Məmməd Əmin (yerindən) - Türkcə hazırlasınlar.
Mustafa (yerindən) - Türkcə kartoqrafiya da yazmaq mümkündür, orada yazın da.
Rəis - Rica edirəm, namizədləri yadınızda saxlayınız. Layihə-qanuniyyə komisyonuna “Əhrar” fraksiyası tərəfindən Muxtar Əfəndizadə təklif olunur. Sonra, bayaq ərz elədim ki, müzakirə bitəndən sonra təklif qəbul oluna bilməz. Amma təklif ola bilər. Müzakirə olunan məsələlər barəsində ola bilər, (katibə) sosialistlərin təklifini oxuyun.
Katib (oxuyur) - Hökumətin bəyanatını dinləyib asayiş və qanuni mühafizə etmək üçün, hökumət tərəfindən görülən təklifləri təqdir ilə parlaman növbədəki məsələlərin müzakirəsinə keçir.
Rəis - Əvvəlinci təklifi eşitmişdiniz. İstəyirsiniz bir də oxusun.
Səslər - Oxusun, oxusun.
Rəis (katibə) - Oxuyunuz.
Katib (oxuyur) - Raboçi konfrans adlanan müəssisə tərəfindən elan olunan tətili-ümuminin istiqlalımız əleyhinə bir sui-qəsdi-mütəzəmmin olduğunu nəzərə alaraq və hökumət rəisinin izahatını eşidərək hökumətin tətili bitirmək haqqında gördüyü və görəcəyi qəti tədbirləri təqdir və bu xüsusda kəndisinə hər növ müavinətdə bulunacağını vəd ilə Məclisi-Məbusan növbədəki məsələlərin müzakirəsinə keçir".
Rəis - Bunları varid olduğu surətdə səsə qoyuram. Əvvəl müsavat və o biri firqələrlə müştərək verilən təklifi səsə qoyuram. Hər kəs bu formulanı qəbul edirsə, rica edirəm əlin qaldırsın. (Əllər qalxır).
Sayınız. Ləhinə 39. Kim bunun əleyhinədir? Əleyhinə 5. Kim səs verməyib? Səs verməyən 4.
İkinci formulanı səsə qoyuram. Hər kəs sosialistlər tərəfindən verilən təklifi qəbul edirsə, əlini qaldırsın. (Əllər qalxır). Ləhinə 8. Kim əleyhinədir? 36. Kim səs verməyib? Səs verməyən bir nəfər. Əvvəlinci, müsavat ilə müştərək verilən təklifin lehinə 39, əleyhinə 5, səs verməyən 4. İkinci formulanın lehinə 8, əleyhinə 36, səs verməyən 1. Böyləliklə əvvəlinci formula əksəriyyət ilə qəbul olundu. (Alqış). Məsələlər bitdiyi üçün iclası qapayıram. İclas saat 4 tamamda qapanır.
Davamı var...

Bu xəbər oxucular tərəfindən 852 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |