02.07.2012 [02:40] - Diaspor
Dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri kimi tanınan Kembric universitetində ilk dəfə Azərbaycanla bağlı tədbir keçirilib.
Odlar Yurdu təşkilatının Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyilə Kembric universitetində təşkil etdiyi “Azərbaycan günü” adlı konfransa 100-ə yaxın alim qatılıb.
Konfransın əsas məqsədi Böyük Britaniyanın nüfuzlu universitetinin mühazirəçiləri, araşdırma mərkəzlərinin alimlərini Azərbaycan mədəniyyəti və tarixi, ölkəmizin iqtisadi imkanları ilə tanış etmək idi. Bu məqsədlə tədbirə məruzəçi qismində həm Azərbaycandan, həm də Avropanın tanınmış ali təhsil müəssisələrindən araşdırmaçı-mütəxəssislər dəvət olunub.
Odlar Yurdu təşkilatının sədri İlham Nağıyev bildirib ki, Avropada Azərbaycan haqqında məlumatların artırılması xarakterli təbliğat tədbirləri müntəzəm keçirilir və bundan sonra da təkcə Kembric universitetində deyil, İngiltərənin digər universitetlərində, araşdırma mərkəzlərində keçirilməsi planlaşdırılır: “Biz Azərbaycanla bağlı təbliğati işlərə reklam, PR xarakterli deyil, məhz araşdırma, elmi tərəfdən yanaşmaq istəyirik” – deyə təşkilat rəhbəri vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov qeyd edib ki, burda təhsil alan tələbələrə mütəmadi olaraq ölkəmiz haqqında məlumatlar verilməsi vacibdir. Bu tədbir də Azərbaycan haqqında düzgün məlumatların bütün dünyaya yayılmasına təkandır. Belə ki, Kembric universitetində keçirilən elmi konfranslar, burdakı mühazirələr kitab halına salınır və tələbələrə dərs vəsaiti kimi tövsiyyə edilir.
Konfransda Avropa universitetlərinin alimləri ilə yanaşı İqtisadi İnkişaf nazirliyinin, Neft Fondunun nümayəndələri Azərbaycan iqtisadiyyatının yenidən qurulması, İçərişəhər idarəsinin rəsmisi milli mədəniyyətimiz, Strateji Araşdırmalar Mərkəzinin eksperti Azərbaycan xarici siyasətinin xüsusiyyətləri barədə mühazirələrlə çıxış ediblər.
Tədbir çərçivəsində xanəndə Raziyə Sultanovanın muğamlarından ibarət yeni diskinin təqdimatı da keçirilib.
Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1281 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |