11.05.2018 [10:31] - Borçalı
Gürcüstanda Saqareco rayonunun azərbaycanlıların yaşadığı Yormuğanlı kəndində etiraz aksiyası keçirilib.
Aksiyanın keçirilməsinin səbəbi 9 kənd sakininin otlaq sahələrindən istifadə edə bilməməsidir.
Aksiya iştirakçısı Qəzənfər Məmmədov bildirib ki, vaxtilə 4 minə yaxın ailə təsərrüfatına məxsus 200 hektarlıq otlaq sahələri hazırda “Arik Group” investisiya şirkətinin mülkiyyətindədir: “Şirkət mal-qaranın otlaq sahəsinə buraxılmasına icazə vermir. Mal-qaranı başqa otlaq sahələrinə aparmağa imkanımız yoxdur”.
Digər aksiya iştirakçısı Alxan Quliyev isə deyib ki, otlaqların olmaması kəndin əsas problemidir: “Kəndin əsas problemləri vaxtında həll olunmalıdır. Məsələ ilə bağlı hökumətə dəfələrlə müraciət etsək də, problemimizə hələ heç kəs diqqət yetirmir”.
Kənd sakinləri Saqareco rayon bələdiyyəsindən problemi həll etməyə çağırıb, əks halda kütləvi etiraz aksiyaları davam etdiriləcək.
Rayon rəhbərliyindən investor şirkətlə danışıqların aparıldığı bildirilib.

Bu xəbər oxucular tərəfindən 1744 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |