20.10.2011 [10:53] - Gündəm
Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə əlaqədar olaraq “İnternational Herald Tribune” qəzetinin regional qolu olan “The Daily News Egypt” qəzetində səfir Ş.Abdullayevin “Azərbaycanın müstəqilliyi: nailiyyətlər və perspektivlər” mövzusunda məqaləsi dərc edilib. Misir Ərəb Respublikasındakı səfirliyin mətbuat xidmətindən verilən xəbərə görə, 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edildiyini bildirən Ş.Abdullayev şərqin ilk respublikası olan Azərbaycan Demokratik Cümhuriyyətinin varisi kimi Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyini, beynəlxalq aləmə inteqrasiya edərək, Azərbaycanın qısa müddət ərzində BMT-yə və ATƏM-ə (hazırda ATƏT) üzv qəbul edildiyini diqqətə çəkən səfir Azərbaycanın tarixən tərkib hissəsi olduğu və birgə irsi bölüşdüyü İslam dünyası ilə də əlaqələrini bərpa etdiyini və qarşılıqlı faydalı münasibətlər qurduğunu qeyd edib.
Bununla belə, Azərbaycan Demokratik Cümhuriyyətinin süqutuna şərait yaradan problemlərin yeni Azərbaycan Respublikasının da qarşısına çıxdığını qeyd edərək, Ş.Abdullayev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi barəsində məlumat vermiş və xarici və daxili təhlükələrin fonunda yenicə əldə edilmiş milli müstəqilliyin təhlükə altına düşmüş olduğunu nəzərə çatdırıb. Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışarkən səfir Azərbaycanın işğal olunmuş ərazilərində zəngin İslam maddi-mədəniyyət abidlərinin və məscidlərin viran olunduğu barəsində oxuculara məlumat verib.
Belə bir çətin və keşməkeşli zamanda ölkə rəhbərliyinə qayıtmaq üçün Azərbaycan xalqının israrla Heydər Əliyevə müraciət etdiyi və məhz onun uzaqgörən siyasəti, müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddət ərzində problemləri arxada qoyaraq, davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Səfir Ş.Abdullayev ümummilli liderin uzaqgörən siyasəti və əvəzsiz xidmətinin nəticələri olaraq, mərkəzi hakimiyyətin gücləndiyi, çox ehtiyac duyulan xarici əlaqələrin genişləndiyi, Ermənistanın atəşkəs imzalamağa vadar edildiyi, demokratikləşmə prosesinin başlandığı, “Əsrin müqaviləsi”nin imzalandığı, Azərbaycanın yeni Neft strategiyasının əsasının qoyulduğunu oxucuların diqqətinə çatdırmışdır. Səfir demokratikləşmə sahəsində görülən işlərin bariz nəticəsi kimi Azərbaycanın Avropa Şurasına qəbul edildiyini qeyd edib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq, bu gün Azərbaycanın ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu qeyd edən Ş.Abdullayev Azərbaycanın neft və qaz ixrac kəmərləri şəbəkəsi vasitəsilə Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığını, Mədən sənayesində şəffaflıq təşəbbüsünü fəal şəkildə dəstəkləyən dövlətlərdən olduğunu qeyd etmiş və gənclər siyasəti, elm-təhsil və “qara qızılın” insan kapitalına çevrilməsi istiqamətində hökumətin həyata keçirdiyi ardıcıl tədbirlər barəsində məlumat verib.
Neft və qaz sektoru ilə bərabər, ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektorunun inkişafı və sənayeləşmə istiqamətində görülən məqsədyönlü tədbirlərə toxunan Ş.Abdullayev 2003-cü il ilə müqayisədə 2009-cu ildə Azərbaycanda yoxsulluğun 49 faizdən 9 faizə qədər azaldığını, müstəqilliyinin ilk illərində 500 milyon dollar civarında olan xarici valyuta ehtiyatlarının bu gün 38 milyard ABŞ dollarından artıq olduğunu, son beş ildə iqtisadiyyatın 3, büdcə xərclərinin isə 20 milyard dollara qədər artdığını vurğulamış və müstəqillik illərində Azərbaycanın 100 milyard ABŞ dollarından artıq investisiya cəlb etdiyini nəzərə çatdırıb.
Məqalədə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, informasiya və kompüter texnologiyalarının inkişafı sahəsində regional mərkəzə çevrilməsi haqqında ətraflı məlumat verən səfir müstəqilliyinin ilk illərində xarici donor və humanitar yardımların alıcısı olan Azərbaycanın bu gün beynəlxalq humanitar və sülhməramlı əməliyyatlara töhfə verən dövlət olduğunu qeyd etmiş və BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü yerinə namizəd olan Azərbaycanın seçildiyi təqdirdə, humanitar yardım siyasətini daha fəal şəkildə davam etdirəcəyini vurğulanıb.
Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu qeyd edən Səfir hələ ölkəmizi daha böyük perspektivlərin gözlədiyini oxucuların diqqətinə çatdırıb.

Bu xəbər oxucular tərəfindən 1112 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |