Şrift:
Sözün dahisi
11.05.2018 [16:45] - Gündəm, DAVAMın yazıları
Vaqif Yusifliyə


Azərbaycan ədəbiyyatının böyük sütunlarından olan ədəbiyyatımızın “Belinskisi” Vaqif Yusiflinin 70 yaşı tamam olur. Yaşadığı zaman içərisində ömrünün yarıdan çoxunu ədəbiyyatımızın təbliğ və tərənnümünə həsr eləmiş Vaqif Yusifli sözün əsl mənasında ədəbiyyatımıza “bir qoşundan artıq” xidmət etmişdir. Müqəddəs sözün sərhədlərini bir əsgər sayılığı tək qoruyub, poeziyanın bütün çalarları haqqında gözəl, dolğun yazılarını ərsəyə gətirmişdir. Vaqif müəllimə 70-dən sonra da gənclik həvəsi ilə yazıb-yaratmaq eşqi tükənməsin. 70 yaş müdriklik yaşıdır. 70 yaşın mübarək, ustad!

Qələmi qılınc tək əlində tutdun,
Sözün keşiyində dayandın, Vaqif.
Əzəldən salmısan sözə mehrini,
Sözün beşiyində uyudun, Vaqif.

Sən dağa söykənən söz vüqarısan,
Külü soymayan, közün barısan.
Sən aşiq olduğun sözün yarısan,
Ellərin ruhunu sən duydun, Vaqif.

Hələ yollardadı söz karvanları,
Dağlar vüqarlıdı, dağlara söykən.
Çox selə vermisən boz yarğanları,
Ömrü ilmə-ilmə sən oydun, Vaqif.

Yaşamaq vüqardı, sözün yanında,
Hər adam zirvəyə qalxa bilməyir.
Hər yerdə çəkilir adın-sanın da,
Kövrək ürəkləri qırmadın, Vaqif.

Yaşa kişi kimi, ömrə zinət ver,
Yolunu gözləyən, ellər sənindi.
Nə qədər yazsan da sənət eşqinə
Yazıb, yaratmaqdan doymadın, Vaqif.

Vəli Səmədli.

Sözün dahisi
Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed