12.05.2018 [10:14] - Gündəm, DAVAMın yazıları
“bir siqaret, o yana,”
bir siqaret bu yana”
küçələr yetim qalıb Vaqif!
ayaq izlərinə həsrətdi küçələr,
xəzər də qəhərdən boğulur,
kösəv kimi qaralıb ləpələr,
fotoaparat çiyinlərdə diksinir,
velesiped təkəri kimi fırlanırmış ömür demə,
Əlinə aldığın çəliklər
yerində donubdu bir sükut kimi
buludlar yenə də ay süvarisinə
yol yoldaşı olub gedir,
atlar o dağların rənginə dönür,
bulvarda ağaclar saralıb solur
yarpaqlar qızılı xəzələ çönür,
“ölümün xeyir Vaqif!
ölümə qənşər Vaqif!”
Vəli Səmədli
bir siqaret bu yana”
küçələr yetim qalıb Vaqif!
ayaq izlərinə həsrətdi küçələr,
xəzər də qəhərdən boğulur,
kösəv kimi qaralıb ləpələr,
fotoaparat çiyinlərdə diksinir,
velesiped təkəri kimi fırlanırmış ömür demə,
Əlinə aldığın çəliklər
yerində donubdu bir sükut kimi
buludlar yenə də ay süvarisinə
yol yoldaşı olub gedir,
atlar o dağların rənginə dönür,
bulvarda ağaclar saralıb solur
yarpaqlar qızılı xəzələ çönür,
“ölümün xeyir Vaqif!
ölümə qənşər Vaqif!”
Vəli Səmədli
Bu xəbər oxucular tərəfindən 740 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |