Şrift:
Qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədilə tikinti şirkətində monitorinq keçirilib
15.05.2018 [10:35] - Xəbərlər, Hüquq
Hazırda əmək münasibətlərinin və əmək qanunvericiliyinin pozulduğu sahələrdən biri tikinti sektorudur.

“vergiler.az” saytı bildirir ki, Bakıda tikilməkdə olan çoxmənzilli yaşayış binalarında qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədilə Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən 54 səyyar monitorinq keçirilib. Yüzdən çox tikinti şirkətini əhatə edən monitorinqlər nəticəsində Bakıda tikilməkdə olan yaşayış binalarında çalışanların 30 faizinin əmək müqaviləsinin olmadığı aşkarlanıb. Qanun pozuntuları ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 24, Baş Prokurorluğa isə 23 material göndərilib.

Bu günədək Bakıda tikilən yaşayış binalarında çalışan 40 min nəfərlə əmək müqaviləsi imzalanıb. Bağlanan əmək müqavilələrinin hesabına dövlət büdcəsinə 12 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Tikinti sahəsində qeyri-rəsmi məşğulluğa zəmin yaradan sifarişçi-podratçı-subpodratçı münasibətləri təkmilləşdiriləcək, onlar arasında bağlanan müqavilələrdə tikintinin ümumi dəyəri, əməkhaqqı fondu, əmək məsrəfi, o cümlədən vergi və sosial sığorta ödəmələri ilə bağlı göstəricilər məcburi xarakter alacaq.
Bu xəbər oxucular tərəfindən 654 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed