15.05.2018 [10:56] - Xəbərlər, Bildiriş
Yaponiya hökuməti İsrailin 70 illiyi və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə etiraz olaraq Qəzza sektorunda baş verən gərginliklə əlaqədar tərəfləri təmkinli olmağa çağırıb.
Belə bir bəyanatla Yaponiyanın xarici işlər naziri Taro Kono mayın 15-də jurnalistlərin qarşısında çıxış edib. Nazir deyib: “Bu fövqəladə dərəcədə kədərləndiricidir. Ümid edirik ki, tərəflər vəziyyətin sabitləşməsi üçün təmkin nümayiş etdirəcəklər”.
Xatırladaq ki, İsrail əsgərləri etiraz aksiyalarının iştirakçılarına atəş açmaqda davam edirlər. Fələstin Səhiyyə Nazirliyinin son məlumatlarına görə, artıq 59 nəfər həlak olub, 2,7 min nəfər isə yaralanıb.
Nazir qeyd edib ki, Tokio yapon səfirliyinin Qüdsə köçürülməsi məsələsini müzakirə etmir və ABŞ səfirliyinin açılış mərasiminə də öz nümayəndəsini göndərməyib.
Fələstin lideri Mahmud Abbas üç günlük matəm elan edib. Mayın 15-də məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcəyi gözlənilir.
Vüqar Ağayev

Bu xəbər oxucular tərəfindən 641 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |