Şrift:
Azərbaycanın İrana verdiyi növbəti notasına hələ ki cavab gəlməyib
02.07.2012 [13:49] - Xəbərlər
Rəsmi Bakının İranda saxlanılan azərbaycanlı şairlərlə görüşün təşkil edilməsinə dair Tehrana verdiyi növbəti notasına hələ ki cavab gəlməyib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Bildirib ki, Azərbaycan tərəfi İranda saxlanan vətəndaşların taleyinə aydınlıq gətirmək üçün səylərini davam etdirəcək. Nazirlik rəsmisi azərbaycanlı şairlərin narkotik (müxəddir) maddə qaçaqmalçılığı və israil əleyhinə casusluqda ittiham edilməsi barədə İran mediasının yaydığı məlumatları əsassız adlandırıb.
Bu xəbər oxucular tərəfindən 995 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed