Şrift:
Həbsdə olan Güney Azərbaycan milli fəalı Fərdin Muradpur xəstəxanaya aprılıb
02.07.2012 [13:59] - Güney Azərbaycan xəbərləri
Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə üç il əvvəl həbsə salınan azərbaycanlı fəal Fərdin Muradpur xəstəxanaya yerləşdirilib.

Fərdin Muradpur 2006-cı ildə “İran” qəzetində azərbaycanlıların təhqir edilməsinə qarşı kütləvi etirazların 3-cü ildönümü münasibəti ilə 2009-cu ilin iyununda keçirilən dinc mərasimə qatıldığı üçün tutulub. Təbriz məhkəməsi Fərdin Muradpuru ölkənin milli təhlükəsizliyini pozmaqda və qanunsuz toplantılara qatılmaqda günahlandıraraq 6 il müddətinə azadlıqdan məhrum etmişdi.

Fərdin Muradpurun görmə qabiliyyəti kəskin zəifləyib. Bu, tutularkən başından və üzündən aldığı çoxlu zərbələrlə əlaqələndirilir.
Bu xəbər oxucular tərəfindən 1144 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed