02.07.2012 [14:06] - Gündəm, Türk dünyası-Turan
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 15-də Özbəkistanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevi qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonağı səmimi salamlayan nazir bu təyinat münasibətilə onu təbrik edib, fəaliyyəti müddətində Azərbaycan-Özbəkistan münasibətlərinin daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.
Daha sonra nazir müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın təcavüzkar siyasəti nəticəsində ərazi bütövlüyümüzün pozulması, torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçiriliən tədbirlər, cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, qəbul edilmiş yeni qanunlar barədə məlumat verib, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlardan, əməliyyat şəraitinin nəzarət altında olduğundan danışıb.
Nazir bildirib ki, kriminogen durumun nəzarətə götürülməsi, sabitliyin bərpası ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb işləmələrinə, külli miqdarda xarici sərmayənin Azərbaycan iqtisadiyyatına qoyulmasına əlverişli şərait yaradıb.
O da qeyd olunub ki, dövlət başçılarının qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ötən ilin sentyabrında həmkarının dəvəti ilə Özbəkistana rəsmi səfərini xatırladan Ramıl Usubov vaxtilə imzalanmış bir sıra sazişlərin hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq üçün yaxşı imkanlar açdığını və cinayətkarlıqla birgə uğurlu mübarizəni təmin edən səviyyəyə çatdığını diqqətə çatdırıb.
Səfir Fayziyev tanışlıq məqsədi daşıyan səmimi qəbula və geniş məlumata görə minnətdarlığını bildirib, Milli Qurtuluş Günü münasibətilə nazir Ramil Usubovu təbrik edib.
O, Bakıda böyük quruculuq və abadlıq işlərinin getdiyindən, Azərbaycanın bütün sahələrdə sürətli inkişafından məmnun qaldığını nəzərə çatdıraraq ölkələrimizin xalqları və dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da genişləndirilməsinə çalışacağını vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 1398 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |