02.07.2012 [16:11] - DAVAMın yazıları
İranın nüvə proqramıyla bağlı problemin həlli məqsədiylə bu ölkə ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyadan ibarət "5 +1" ölkələri arasında keçirilən danışıqların Bağdad və Moskva mərhələləri də arxada qaldı. Rəsmi açıqlamalara görə, Moskvadakı müzakirələrdə də nəticə əldə olunmamış və ümidlər bir sonrakı mərhələyə saxlanışmışdır. Fərqli formatda da olsa növbəti görüş yenə İstanbulda olacaq. Bu həm də o deməkdir ki, tərəflər yenə başladıqları yerə qayıdırlar. Amma mahiyyətcə də belədirmi?
Moskvadakı müzakirələri dəyərləndirmədən əvvəl Bağdada qədərki ümumi cədvələ baxmaqla mənzərəyə nəzər salmaqda fayda var. Xatırlanacağı kimi İranın nüvə proqramıyla bağlı problemin həlli prosesi uzun bir fasilədən sonra bu ilin aprel ayında yenidən canlandırılmışdı. Buna qədər isə bir tərəfdən İrana yönəlmiş embarqolar xeyli sərtləşdirilmiş və İranın ən çox güvəndiyi enerji sektorunu da əhatə etmişdi. Hətta Amerika Birləşmiş Ştatlarının (ABŞ) arxasınca Avropa Birliyi (AB) də 1 iyul 2012 tarixdən etibarən İrana neft embarqosuna tam qoşulmaqla bağlı qərar vermiş, bu prosesə Kanada, Yaponiya, Cənubi Koreya də müəyyən dərəcədə daxil olmuşdurlar. Neft ehtiyacının 40 %-ni İrandan təmin edən və enerji asılılığı səbəbiylə neft böhranları mövzusunda çox həssas olan, eyni zamanda İran ilə əlaqələrini Qərb-İran gərginliyinin xaricində tutmağa çalışan Türkiyə belə İranda neft idxalatını 20 % azaltmağa qərar vermişdi. İranın bu qərarlardan sonra gündəmə gətirdiyi neft qiymətlərinin həddindən artıq yüksələcəyi və əsl zərər görənin İran deyil, embarqo tətbiq edənlərin özləri olacağı barədəki tezisi (arzusu?) isə hələlik baş tutmamışdır. Beynəlxalq bazarlarda neftin qiyməti son ilyarımın ən aşağı səviyyəsinə enmişdir. Eyni zamanda danışıqların son mərhələsinə doğru və son günlərdə İrana neft embarqosuna qoşulmaların sayında və xarakterində də dəyişikliklər baş vermişdir. Cənubi Koreya İrandan neft idxalatını tamamən dayandırmaq barədə qərar qəbul etmiş, İrana neft embarqosuna çox güvəndiyi ölkələrdən olan Çin və Sinqapur da müəyyən dərəcədə də olsa qoşulmuşdur. Beləcə ABŞ, AB ölkələri, Kanada, Cənubi Koreya İrana tam neft embarqosu, Yaponiya, Türkiyə, Çin də daxil olmaqla 20-yə yaxın ölkə isə qismi neft embarqosu tətbiq etməyə başlamışdır. İran iqtisadiyyatı baxımından neftin daşıdığı əhəmiyyət (iqtisadiyyatının demək olar ki, tamamən neftdən asılılığı) nəzərə alındıqda bu mənzərə İran baxımından fəlakət mənasına gəlir.
Digər tərəfdən isə hələ danışıqlar başlamamışdan öncə İrana qarşı hərbi əməliyyatlar mövzusunda mütəmadi olaraq mövqelər sərtləşdirilmiş, İranın sanki hərbi baxımdan mühasirəyə alındığı, Körfəz bölgəsində ABŞ və müttəfiqlərinin (xüsusilə İngiltərə və Fransanın) hərbi varlığının sürətlə artması müşahidə edilmişdir. Artıq klassikləşmiş ifadəylə İrana hərbi müdaxilənin səbəbləri yox, məhz vaxtı daha sıx bir şəkildə müzakirə edilmişdir. Yalnız İranın rəqiblərinin deyil, hətta bu proseslərdəki ən sadiq müttəfiqlərindən olan Rusiyanın rəsmilərinin belə bəyanatlarına bölgənin və dünya ictimaiyyətinin İranın vurulması mövzusunda sanki böyük gözlənti içərisində olduğu düşünülmüşdür. Ən yüksək səviyyəli İran rəsmilərinin açıqlamaları da bunu təsdiq edən xarakterə malik olmuşdur. İran prezidentinin, Xarici İşlər Nazirinin və digər rəsmilərin çox sayda açıqlaması məhz “əgər bizə hərbi zərbə endirilsə...” ilə başlamışdır.
İran, özü ətrafındakı təhlükəsizlik və iqtisadi həlqənin daralması səbəbindən danışıqların yenidən başlamasını arzulamışdır. Öz növbəsində Qərb ölkələrinin liderləri, əvvəlki təcrübələrindən də yola çıxaraq İran ilə əsla yalnız görüntü xətrinə müzakirə aparmayacaqlarını, irəliləyiş olmadığı təqdirdə danışıqları davam etdirməyəcəklərini ifadə ediblər. Türkiyənin (Xarici İşlər Naziri Əhməd Davutoğlunun və birbaşa Baş Nazir Ərdoğanın) də bu prosesdə xüsusi rol oynamasıyla əvvəlcə İstanbul, sonra Bağdad danışıqları baş tutmuşdur. Müzakirələrin bu iki turundan da sonra irəliləyiş əldə olunduğu, amma müsbət bir nəticə əldə olunmadığı elan edilmişdir. Eyni zamanda əvvəllər alışıq olmadığımız bir tərzdə dərhal da növbəti görüşün tarixi açıqlanmışdır. Prosesin növbəti həlqəsi kimi də 18-19 iyun tarixlərində Moskvadakı müzakirələr keçirilmişdir. Buna qədər vacib bir proses də Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə İran arasında ayrıca müzakirələrin keçirilməsi olmuşdur. İyunun 8-də baş tutan müzakirələr rəsmi açıqlamalara görə nəticəsiz başa çatmışdır. Halbuki BAEA-nın rəhbəri Yukiya Amanonun mayın 21-də Tehrana səfərindən sonra tərəflərin əməkdaşlıqla bağlı razılığa gəldiyi açıqlanmışdı.
Moskvadakı müzakirələr də sonrasında verilən açıqlamalar baxımından öncəkilərdən əsasən fərqlənməmişdir. Danışıqlardan sonra verilən açıqlamalarda konkret nəticə əldə edilmədiyi bildirilmişdir. Müzakirələrdə "5+1" ölkələrini təmsil edən Avropa Birliyinin Xarici Əlaqələr Üzrə Ali Nümayəndəsi Ketrin Eşton növbəti turda müzakirələrin əvvəlcə nüvə ekspertləri səviyyəsində İstanbulda keçirilməsi, burada irəliləyiş əldə edildiyi təqdirdə yeni siyasətçilər arasında mzakirələrin keçirilməsi barədə razılaşdıqlarını elan etmişdir.
Eşton qeyd etmişdir ki, danışıqlarda, İrandan uranı 20 % zənginləşdirmə fəaliyyətlərini dayandırmasını, bu səviyyədə zənginləşdirilmiş mövcud uranın xaricə çıxarılmasını və Fordo nüvə təsisinin bağlanılmasını tələb etdiklərini, ancaq tərəflər arasındakı fikir ayrılıqlarının davam etdiyini bildirmişdir. İranı müzakirələrdə təmsil edən Səid Cəlili isə, nüvə mütəxəssisləri səviyyəsində texniki danışıqlara qərar verilməsini Moskva danışıqlarının ən əhəmiyyətli uğuru kimi qiymətləndirmişdir. Xatırladaq ki, bu, İranın son dövrlərdə israrla gündəmə gətirdiyi bir mövzu idi. Beləcə gözlər iyulun 3-də İstanbulda hər iki tərəfin mütəxəssislərinin, texniki mövzular üçün keçirəcəkləri müzakirələrə çevrilmişdir.
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Ələddin Burucerdi müzakirələrlə bağlı mövqeyini bildirərkən xüsusi vurğulamışdır ki, "5 +1" ölkələri və beynəlxalq aləm İranın dinc məqsədli nüvə proqramı hüququnu tanımalıdır. Maraqlıdır ki, digər İran rəsmilərinin də vaxtaşırı təkrarladıqları bu fikrə demək olar ki, heç kim etiraz etmir. ABŞ da daxil olmaqla Qərb ölkələrinin rəsmiləri daim İranın dinc məqsədli nüvə proqramıyla bağlı problem olmadığını, problemin İranın nüvə proqramının hərbi və qeyri-şəffaf xarakterindən qaynaqlandığını bəyan edirlər.
Rusiya və Çinin İranın nüvə probleminin sülh yolu ilə həllinə dair israrı davam edir. ABŞ və müttəfiqlərinin İranın nüvə proqramının sülh məqsədli olmadığına, mütəmadi ortaya çıxan yeni gizli təsislərin və fəaliyyətlərin bu tezisi dəstəklədiyinə dair israrları da davam edir. ABŞ-ın BAEA-dakı nümayəndəsi Robert Vuud müzakirəlin gedişatını “biz bu filmə çox baxmışıq” ifadələriylə dəyərləndirib. İsrail isə danışıqları İrana zaman qazandırma prosesi kimi xarakterizə edir. ABŞ-dakı bəzi mütəxəssislərin son açıqlamalarında isə İranın 4 ay içərisində nüvə silahı əldə edə bilmə potensialına qovuşacağı ifadə edilir.
Bu mənzərə fonunda iyunun 28-də ABŞ-ın Xarici İşlər Naziri (Dövlət Katibi) Hillari Klinton Rusiyada həmkarı Sergey Lavrov ilə görüş keçirmişdir. Görüşdə Suriyadakı böhranla yanaşı İranın nüvə proqramı da müzakirə edilmişdir. Bu müzakirələrin İranın nüvə proqramı baxımından çox əhəmiyyətli olduğu güman edilir. Çünkü xatırlanacağı kimi bu ilin mart ayında Rusiyadakı "Kommersant" qəzeti Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının binasında Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla ABŞ Xarici İşlər Naziri Klinton arasında baş tutan ikitərəfli görüşdə İrana müdaxilənin müzakirə edildiyini iddia etmişdi. Kommersanta məlumat verən diplomatik qaynaqlar aprel ayındakı danışıqlar uğursuzluqla nəticələndiyi təqdirdə İrana mütləq hərbi müdaxilə ediləcəyini bildirmişdilər.
Məhz Klinton ilə Lavrov arasındakı o görüşdən sonra İran ilə "5 +1" arasında uzun müddətdir aparılmayan danışıqların bərpa olunmasına qərar verilmişdi. Və artıq 3 görüş arxada qalmışdır. Hamısının da mahiyyəti əhəmiyyətli dərəcədə gizlidir. Verilən bəyanatlara baxılsa hər hansı bir irəliləyiş də yoxdur. Bu mənzərə fonunda danışıqların davam etdirilməsi (əgər həqiqətən də nəticəsiz davam edirsə) sadəcə İranın işinə yaraya bilər.Onda belə bir sual yaranır ki, danışıqlar niyə hələ də davam etdirilir?
Şübhəsiz ki, istənilən danışıqlarda tərəflərin hər birinin xeyli məqsədi olur. Eyni zamanda böyük problemlərin danışıqların ilk turundaca həll edilmə ehtimalı da zəifdir. Ancaq söhbət elə bir məsələdən gedir ki, onunla bağlı artıq illərdir danışıqlar aparılır. Digər tərəfdən isə xüsusilə Qərb cəbhəsi İranın onlar üçün “qırmızı xətt”ə yaxınlaşdığını və keçmədən dayandırılmalı olduğunu düşünür.
İsrail rəsmilərinin dayanmadan “İranı vurmağa hazırıq”, “bütün əməliyyat planları hazırdır” tərzində bəyanatları, eyni zamanda ABŞ və müttəfiqlərinin də İrana hərbi müdaxilə ilə bağlı əməliyyat müşavirələri keçirmələri, ABŞ ilə İsrailin hava hücumları və roketlərdən istifadə ilə bağlı birgə təlimlərə hazırlaşması vəziyyətin kritik həddini göstərir. İyulun 1-dən başlayacaq olan neft embarqosu isə artıq tam başlamadan İran iqtisadiyyatını iflic vəziyyətinə salıb. Tümənin dəyərinin ölməsi, inflyasıyanın kəskin yüksəlməsi, sosial-iqtisadi narazılıqların artması hakimiyyəti narahat edir. İran rəsmiləri bir-birinin ardınca AB rəsmilərinə məktublar yazaraq qarşı tərəfi danışıqları davam etdirməyə və embarqoları yüngülləşdirməyə çağırırlar. AB isə hələlik bu məktubları cavabsız qoyur. Vaxtı ilə (2010-cu ildə) “danışıqları dayandırdıq ki, Qərb kiminlə və necə danışmalı olduğunu anlasın” deyən İran hakimiyyəti indi “niyə danışıq aparmırsınız”, “gəlin danışaq” mesajları verən məktublar yazır. Bu özü əslində bir çox məqama aydınlıq gətirir. Deməli, həqiqətən vaxtdır. Ya nəticə əldə olunmalıdır, ya da nəticə...
Araz Aslanlı

Bu xəbər oxucular tərəfindən 1506 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |