21.05.2018 [10:05] - DAVAMın yazıları
Aleksandr Sergeyeviç Qriboyedov 1829-cu ildə İranda öldürüldükdən sonra bu ölkənin Rusiya ilə münasibətlərində gərginlik yaranır. Vəziyyətdən çıxmaq və bağlanmış dostluq müqaviləsini saxlamaq üçün Rusiya ilə üst-üstə yazışmalar aparılaraq, baş vermiş gərginliyin aradan qaldırılmasına çalışırlar. Belə üzürxahlıq dolu məktublardan birini də Şahzadə Abbas Mirzə Qacar Qriboyedovun ölümündən sonra Rusiya İmperatoru çar I Nikolaya yazır.
Enter.News Rusiya tarixçisi, qafqazşünas, professor Rudolf İvanovun araşdırmalarından əldə etdiyi həmin məktubu təqdim edir:
"ŞAHZADƏ ABBAS MİRZƏDƏN - HÖKMDAR İMPERATORA
Hər şeydən əvvəl bütün sirlərdən agah və bütün dünyaya sahib olan, bütün günahları bağışlamaq və hökmdarlara qüdrət bəxş etmək iqtidarına malik Uca Allahı mədh edərək, sonra Onun doğru yola yönəldən ulu müqəddəslərinə və ilahi sirdən xəbərdar olan və haqq-hesab günü bizim əvəzimizdən xahiş edən peyğəmbərlərə itaətkarlığımızı bildirərək, Siz Əlahəzrət İmperatora, - qüdrətli, mülayim, ədalətli, Dara kimi, səltənətdən məhrum edən və onu bəxş eləyən, tərifəlayiq keyfiyyətlərə malik olan, çox ləyaqətli, öz rəhmi və mərhəməti ilə bütün dünyada tanınan əziz əmimə və bütün Rusiyanın padşahına bildirirəm ki, fani taleyin gərdişi ilə İranın öz üstünü örtdüyü xəcalət heç bir təsvirə sığmasa da, mən Siz Əlahəzrətin lütfünə və alicənablığına güvənirəm.
Ötən il İran öz qəlbi və ürəyi ilə yüksək Rusiya dövlətinin dostluğuna nail oldu. Bunun üçün Allahın lütfü və Əlahəzrət İmperatorun alicənablığı sayəsində çox ürəkdən istədiyini əldə edənə qədər nə əməyini, nə ləyaqətini əsirgəmədi. Bu il isə mən bu dostluğun möhkəmlənməsi üçün və bəzi digər işlərə görə Əlahəzrət imperatorun görüşünə layiq görülmək üçün yola çıxmaq niyyətində idim.
Bu arada Rusiyanın səlahiyyətli səfirinin başına elə bir iş gəldi ki, İranda heç vaxt belə bir şey baş verməmişdir və onun qabaqcadan qarşısını almaq imkanı olmamışdır. Hər sirdən xəbərdar olan, bu dünyanı yaradan Allah şahiddir ki, mən İranın bu rüsvayçılığa düçar olmasını görməkdənsə, bütün qardaşlarım və oğlanlarımla bir yerdə ölməyi üstün tutardım. Bütün əyanlar və iran sarayının adlı-sanlı şəxsləri bu bədbəxt hadisəyə görə indi yasa bürünmüşlər. Əlahəzrət şah böyük hüzn içərisindədir. İranın ötən il keçirdiyi bütün narahatlıq, əziyyət və itkilərindən rum olmaq istəmədiyinə heç bir şübhə ola bilməz. Mən özüm Əlahəzrət imperatorla görüşə gəlmək istəsəm də, hazırkı vəziyyətdə yola çıxmağa heç vaxt razı olmaram. İran xalqı, həm əyanlar, həm də qara camaat Rusiya ilə düşmənçiliyin acısını və dostluğun şirinliyini dəfələrlə sınaqdan keçiriblər və buna görə də o, heç cür yaxşını pisə, dincliyi narahatlığa dəyişmək arzusunda ola bilməz.
Hər şeyə qadir Allaha və Əlahəzrət hökmdarların tacına and içirəm ki, bu idbar və rüsvayçı hadisənin mənbəyi sadə adamların qəzəblənməsi olmuşdur. Qayda qanundan və abadlıqdan uzaq olan şəhərlərdə, xüsusilə də Türkiyənin paytaxtı Konstantinopolda, cahil qara kütlənin bu cür qiyamları tez-tez olur, ancaq ötən ilə kimi İran şəhərlərində heç vaxt belə hadisə olmamışdır. Bizim Rusiya ilə keçənilki müharibəmiz səbəbindən başqa heç bir işlə məşğul olmaq mümkün olmadığından İranın bəzi şəhərlərində bu cür qarışıqlıqlar və narazılıqlar baş vermişdi ki, hökumət buna görə cəza verə bilməzdi. Tehranda baş verən indiki hadisəyə gəldikdə isə, hökumət qiyamçıları və təhrikçiləri cəzalandırmaq üçün bütün səylərindən istifadə edəcəkdir. Mən yeganə bir arzu ilə Siz Əlahəzrət imperatorla görüşmək istəyirdim ki, Allahın köməyi ilə iki dövlət arasındakı səmimi həmrəylik və rəğbət möhkəmlənsin və Siz Əlahəzrət İmperatorun yüksək keyfiyyətləri sayəsində Rusiya ilə düşmənçilik səbəbindən qırılmağa məruz qalmış əlaqələr yenidən çiçəklənsin. Bundan sonra isə, Allahın lütfü, Əlahəzrət İmperatorun diqqəti ilə İranda bütün qarışıqlıqlara son qoyulacaqdır. İndi baş vermiş hadisənin düzəldilməsi üçün ən yaxşı vasitə tamamilə Əlahəzrət İmperatorun xeyirxah sərəncamını verməkdir. Sonda cürət edib, Əlahəzrət İmperatordan İranın bu rüsvayçılığı yumasına imkan verməsini xahiş edirəm, mənə gəldikdə isə Əlahəzrət imperatorun qarşısında dayanmağa tələsirəm."
Təqdim etdi: Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 1147 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |