Şrift:
Yaponiyada 50 deputat Demokratik Partiyanı tərk edid
03.07.2012 [10:13] - Xəbərlər
Yaponiya Demokratik Partiyasının sabiq lideri İtiro Ozava başda olmaqla 50 deputat hakim partiyanı tərk etməsi barədə bəyanat yaymışdır. Həmin deputatların yeni parlament qrupu yaradacağı gözlənilir.
Baş nazir Yoşihiko Nodanın istehlak vergisinin artırılması barədə planına qarşı çıxan İ.Ozava partyanı tərk etmək qərarına gəlmişdir. İyunun 2-də mətbuat konfransı keçirən sabiq sədr bildirmişdir ki, Baş nazir Y.Nodanın rəhbərlik etdiyi Demokratik Partiya dəyişikliklərə uğramışdır və o artıq hakimiyyət dəyişikliyini həyata keçirmiş partiya deyildir. İ.Ozava siyasi fəaliyyətini davam etdirmək üçün yeni partiya yaradacağının mümkünlüyünü də qeyd etmişdir.
Demokratik Partiyanın rəhbərliyinin yaranmış problemi həll etmək üçün müzakirələr aparacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1131 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed