Şrift:
Seyran Ohanyan: «Rusiya ilə strateji əməkdaşlıq barədə müqavilə regional qarşıdurmalar zamanı Ermənistanın təhlükəsizliyini təminatıdır»
03.07.2012 [11:07] - Gündəm, Hərb
Rusiya ilə strateji əməkdaşlıq barədə müqavilə iri regional qarşıdurmalar zamanı Ermənistanın təhlükəsizliyini tam olaraq təmin edə bilər. Ermənistanın müdafiə naziri Seyran Ohanyan «Ay Zinvor» qəzetinə müsahibəsində belə bir bəyanatla çıxış edib.
Ohanyan Ermənistan və Azərbaycan arasında müharibənin istənilən vaxt yenidən başlaya biləcəyini bildirib. Onun fikrincə, müharibədən qaçmağın ən etibarlı yolu qüvvələr balansını qorumaqdır.
Bu xəbər oxucular tərəfindən 1309 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed