25.05.2018 [10:59] - Gündəm, Gənclik
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərinə səfər ediblər.
Nazirlikdən bildiriblər ki, səfər çərçivəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüş keçirilib və burada peşə təhsilinin gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti Mingəçevir şəhərində fəaliyyət göstərən peşə məktəbinin infrastrukturu və maddi-texniki bazası ilə tanış olub. “ASAN Həyat” kompleksinə daxil olan və gələn tədris ilində fəaliyyətə başlayacaq “ASAN Peşə” Təhsil Mərkəzinə də baxış keçirilib.
Məlumat verilib ki, “ASAN Peşə” Təhsil Mərkəzi müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Mərkəzdə dörd istiqamət - elektrik, mexanik, santexnik, tikişçi ixtisasları üzrə tədris aparılacaq.

Bu xəbər oxucular tərəfindən 893 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |