Şrift:
Patimat Quseynova: Naxçıvan tarixi abidələri və gözəl təbiəti ilə insanı valeh edir
25.05.2018 [11:25] - Xəbərlər, DAVAMın yazıları
Azərbaycan çox qədim, zəngin mədəniyyətə malik bir ölkədir, burada mədəniyyətə və incəsənətə dövlət səviyyəsində diqqətlə yanaşılır.

Bu sözləri Naxçıvan bürosuna müsahibəsində “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının iştirakçısı, dağıstanlı rəssam Patimat Quseynova deyib.

“İkinci dəfədir ki, bu festivalda iştirak edirdim. Təşkilatçılıq yüksək səviyyədə idi və bizə çox xoş münasibət göstərildi”, - deyən dağıstanlı rəssam bildirib ki, qədim Naxçıvan diyarı tarixi abidələri və gözəl təbiəti ilə insanı valeh edir. Bütün bunlar Naxçıvanın tarixi turizm baxımından çox gözəl bir məkan olduğunu göstərir. Buranın insanları çox gülərüz və qonaqpərvərdirlər.
Bu xəbər oxucular tərəfindən 750 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed