03.07.2012 [11:52] - Güney Azərbaycan xəbərləri
"İran" Təhlükəsizlik qüvvələrinin Sarablı milli-mədəni fəallara qarşı təzyiqləri yeni vüsət alıb.Dünən saat 06 radələrində təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Məhəmməd Xətibinin evinə hücum edib və evdə axtarış aparıblar.Məlumata görə, məmurlar bir sıra şəxsi əşya o cümlədən kitablar və kompüteri özləri ilə aparıblar. Lakin, Xətibi evdə olmadığı üçün onu yaxalamağa nail olmayıblar.Qeyd edək ki, məlumat verdiyimiz kimi dünən Sarabda daha iki nəfər azərbaycanlı fəalın evində axtarış aparılıb və yaxalanıblar.
Bu xəbər oxucular tərəfindən 1241 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |