28.05.2018 [11:39] - Xəbərlər, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev
Hörmətli HƏMVƏTƏNLƏR !
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması hadisəsi təkcə ona görə qürur mənbəyimiz deyil ki, Şərqdə ilk demoqratik müsəlman respublikası idi, həm də biz onunla qürür duyuruq ki, yaranmış cümhuriyyətin bir dövlət kimi sahib olduğu dəyərlər və prinsiplər nəinki Şərqdə, bir çox Qərb dövlətlərindən də daha demoqratik və zəngin idi.
Sahib olduğu demoqratik dəyərlərlə yanaşı, həm də milli, müasir və əxlaq prinsiplərinə görə də AXC-nin yürütdüyü siyasət xalqımız üçün müasir dövlətçilik ən-ənələrinin əsası və təməli oldu. Sovet iğalından sonra yenidən müstəqilliyini qazanmış xalqımızın qurduğu indiki Azərbaycan Respublikasının AXC-nin varisi elan olunması həmin prinsiplərə sadiqliyin göstəricisidir.
Sahib olduğumuz bəşəri və milli dövlətçilik prinsiplərinin daha da zənginləşməsi, dövlətimizin daha da qüdrətlənməsi, vətənimizin bötüvləşəcəyi əminliyi ilə, Sizi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından təbrik edirəm!
Sayğılarla, Milli Dirçəli Hərəkatı Partiyasının sədri,
millət vəkili Fərəc Quliyev.
28 May 2018-ci il.

Bu xəbər oxucular tərəfindən 1062 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |