Şrift:
Təbriz zindanında saxlanınan yazar və jurnalist Səid Muğanlıdan yeni xəbər
03.07.2012 [12:35] - Güney Azərbaycan xəbərləri
Hazirda Təbrizin mərkəzi zindanında məhbus həyatı yaşayan tanınmış azərbaycanlı fəal, şair və jurnalist narkomanların bölümünə köçürülüb.Səid Muğanlı (Beytullah Məhəmmədi) telefon əlaqəsi saxlayaraq bu barədə məlumat verib.Zindan məsulları milli-mədəni fəallara qarşı təzyiq etmək məqsədi ilə zaman zaman onları zindanın ən çətin bölümləri o cümlədən narkomanların bölümünə köçürürlər.
Səid Muğanlı xalq “Qucağın əmniyyət, gözlərin terrorist” şeirini yazıb və şəxsi veblaqında yerləşdirdiyi üçün, sistemin əleyhinə təbliğdə günahlandırılıb və 6 ay həbsə məhkum edilib. Keçmiş xəbərlərimizdə məlumat verdiyimiz kimi, son günlərdə Səid Muğanlı barəsində çıxarılan həbs qərarının icrasına başlanılıb.Qeyd etmək lazımdır ki, onun yazdığı şeir azadlıqla bağlı olub və heç bir şəkildə İsalm Cümhuriyyəti ilə əlaqədar olmayıb.Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal “Yaşmaq”, “Yarpaq” və qapadılmış aylıq “Dilmac” dərgisinin ədəbi bölümünün baş redaktoru olub. O, həmçinin “Azəri”, “Aftab-i Azərbaycan” və ... kimi qəzet və dərgilərin yazıçısı olub.Adını çəkdiyimiz azərbaycanlı fəal bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 1557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed