Şrift:
Saxa Respublikasının başçısı istefa verib
29.05.2018 [10:16] - Gündəm, Türk dünyası-Turan
Rusiyanın Saxa Respublikasının (Yakutiya) başçısı Yeqor Borisov istefa verib.


Bu barədə Yakutiya başçısı Yeqor Borisov şəxsi İnstagram səhifəsində elan edib.



“Mən bu gün öz istəyimlə Yakutiya başçısı vəzifəsindən getmək qərarına gəldim. Həmişə başa düşürdüm ki, kadr heyətinin rotasiyası bütün səviyyələrdə olmalıdır. Özüm kadr işlərində bunu etmişdim. Bu gün Yakutiyada həmin gün yetişdi. Rusiya prezidenti yeni 6 illik müddətə seçildi və ölkənin inkişafı üçün yeni strateji məsələlər qoydu. Ona görə də Yakutiyaya yeni rəhbər lazımdır”, -deyə o bildirib.
Bu xəbər oxucular tərəfindən 610 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed