29.05.2018 [10:32] - Borçalı
Gürcüstanın Saqareco rayonunun azərbaycanlıların sıx yaşadığı Yormuğanlı kəndində etiraz aksiyası keçirilib.
Davam.az APA-nın Gürcüstan bürosunun məlumatına istinadən xəbər verir ki, kənd məktəbinin şagirdləri və onların valideynlərinin iştirak etdiyi aksiyada gürcü dili və ədəbiyyatı müəlliməsi Tea Qurgenidzenin işdən azad edilməsinə etiraz olunub.
T.Qurgenidze Yormuğanlı kəndinin mərkəzində çadır qurub və gürcü dili dərslərini orada keçirməyi planlaşdırır. Müəllimə bir neçə ay öncə şagirdlərdən biri ilə kobud rəftarına görə Saqareco rayonunun Resurs Mərkəzi tərəfindən işdən azad olunub. Kənd məktəbinin şagirdləri və onların valideynləri isə bu ittihamı əsassız hesab edərək, müəllimənin işə bərpa olunmasını tələb edirlər. Analoji tələblə etiraz aksiyası bu ilin mart ayında da keçirilib.

Bu xəbər oxucular tərəfindən 1911 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |