03.07.2012 [14:00] - Güney Azərbaycan xəbərləri
İranın yarı-rəsmi Fars agentliyinin verdiyi məlumata görə, Tehran Xəzər dənizində sualtı qayıqlar yerləşdirməyə hazırlaşır.
Fars agentliyi admiral Abbas Zaminiyə istinadən xəbər verib ki, İran Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistanın da çıxışı olduğu Xəzər dənizində “yüngül” sualtı qayıqlar yerləşdirilməsini planlaşdırır. Admiral detallara varmayıb.
İran və Azərbaycan arasında son zamanlar münasibətlərin gərginləşdiyi müşahidə edilir. Rəsmi Tehran Azərbaycanı İsrailin kəşfiyyat agentliyi Mossadla əlaqəsi olan İran əleyhdarı terrorçulara sığınacaq verməkdə, ittiham edir. Azərbaycan isə öz növbəsində İranı islamçı dissidentlərə dəstək verməkdə günahlandırır.
İranın Xəzər dənizində hansı tipli sualtı qayıqlar yerləşdirməyi planlaşdırdığı hələlik aydın deyil. İranın səkkiz sualtı qayığın mövcud olduğu məlumdur. Bunların üçü Rusiya istehsalı olan “Paltus” tipli, dördü isə Cənubi Koreya istehsal edilmiş kiçik qayıqlardır. Dizel-elektrik mühərrikə malik “Nəhəng” sualtı qayıq isə İranın özündə istehal edilib. Bu sualtı qayıqların hamısı körfəzdəki bazalardadır.

Bu xəbər oxucular tərəfindən 1497 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |