Şrift:
İyunun 1-də Bakı küçələrində reyd keçiriləcək - SƏBƏB?
30.05.2018 [10:56] - Gündəm, Bildiriş
İyunun 1-də Bakı yollarında təbliğat xarakterli reyd keçiriləcək. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, məlum olduğu kimi, iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür:

“Bu məqsədlə təhlükəsizliyi təmin etmək, xüsusilə azyaşlıların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində azyaşlıların həyat və sağlamlığını qorumaq, təbliğat işini gücləndirmək, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması üçün paytaxtın inzibati ərazisinə daxil olan küçə və prospektlərdə təbliğat xarakterli reydlərin keçirilməsi nəzərdə tutulub”.

V.Əsədov qeyd edib ki, bu tədbirdə yol polisinin kiçik yaşlı köməkçiləri də iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 505 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed