Şrift:
İstanbulda açılışı olan Azərbaycan Dostluq Parkında türkdilli dövlətlərin hər birinin adına ağac əkilib
31.05.2018 [10:17] - Xəbərlər, Türk dünyası-Turan
İstanbulun Beşiktaş ərazisində Azərbaycan Dostluq Parkının açılış mərasimi olub.

Açılış mərasimində, rəsmi şəxslər, diplomatlar, şəhər ictimaiyyətinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə Beşiktaş rayon bələdiyyəsinin sədr əvəzi Tahir Doğaç, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun konsulu Esmira Hüseynova və İstanbuldakı Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu çıxışlarında iki ölkənin qardaşlıq münasibətlərindən danışıblar. İstanbulun ən gözəl məkanlarından birində Azərbaycan Dostluq Parkının açılmasını Türkiyə xalqının tükənməz Azərbaycan sevgisi kimi dəyərləndirən çıxışçılar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində baş verən bu hadisəni iki ölkənin qardaşlığına daha bir nümunə olduğunu ifadə ediblər. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadələri iki qardaş ölkə və xalq arasındakı bütün münasibətlərdə özünü təsdiq edir.

Bayramsayağı bəzədilən parkda izdihamlı Azərbaycan sevgisi nümayiş olunub.

Azərbaycan-Türkiyə qardaşlığına dair duyğusal şüarlar səsləndirilib.

Bədii hissədən sonra Dostluq Parkında türkdilli dövlətlərin hər birinin adına ağac əkilib.
Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed