Şrift:
“Apple” yeni “iPhone”ların təqdimatına hazırlaşır
31.05.2018 [10:24] - Gündəm, Bildiriş
“Apple” korporasiyası bu ilin payızında üç yeni “iPhone” modelini təqdim edəcək.

Şirkətin yaydığı məlumata görə, “iPhone 9”, “iPhone Xs” və “iPhone Xs Plus” sentyabr ayında keçiriləcək rəsmi təqdimatda nümayiş olunacaq. Onların hər üçü OLED displeylə təchiz ediləcək. “Apple” LCD displeylərdən tam imtina etməyə hazırlaşır.

Smartfonlar fərqli ekran ölçülərinə malik olacaq: 6,1, 5,8 və 6,5.

Qeyd edək ki, “Apple” “iPhone” smartfonlarında hər iki kameranın eyni anda çəkiliş edəcəyi yeni funksiya üzərində çalışır.
Bu xəbər oxucular tərəfindən 532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed