Şrift:
MDHP Qarabağ Departamenti “Qafqaz üçlüyü” filmi ilə bağlı sərt etiraz etdi
01.06.2018 [15:26] - Xəbərlər, Siyasi partiyalar, Bildiriş
Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamentinin növbədənkənar iclası keçirilib.
İclasda kinorejissor Rüstəm İbrahimbəyovun 2015-ci ildə çəkdiyi “Qafqaz üçlüyü” adlanan filmdə Azərbaycan xalqını aşağılamaq cəhdi və ermənilərin alicənab, sülhpərvər, “vəhşi türklərin qurbanı” kimi təqdim olunması müzakirə edilib.
Tədbiri giriş nitqi ilə açan Qarabağ Departamentinin sədri Şakir Ağayev qeyd etdi ki, Əkrəm Əylislinin “Daş yuxular” cızmaqarasından sonra Rüstəm İbrahimbəyovun da öz xalqına qarşı yaramaz, xəyanətkar və şərəfsiz davranışı bütün dünyada azərbaycanlıların neqativ fonda təqdim etmək cəhdidir. “Torpaqlarımızın 20 % işğal altında olan, etnik təmizləməyə məruz qalan həmin ərazilərdə bütün milli-mədəni, irsi dağıdılan, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqların, qadınların qəddarcasına, işgəncə ilə qətlə yetirilmiş bir xalqın nümayəndəsinin belə film çəkməsi milli xəyanətin və insan mənəviyyatının alçalmasının bariz nümunəsi sayıla bilər.
Rüstəm İbrahimbəyov hazırda Azərbaycanda otuz min erməninin yaşadığını, Azərbaycanın tolerant ölkə olduğunu görməzliyə vurur. Onun bu xəyanətkar əməli, həmsədr olduğu Milli Şura başçılarının satqın və düşmən xisləti haqlı olaraq Azərbaycan cəmiyyətində dərin hiddət yaratmışdır.”- deyə o bildirib.
Departamentin bir neçə üzvünün çıxışları və təkliflərindən sonra, tədbir iştirakçıları bununla bağlı bəyanatın verilməsi barədə qərar qəbul etdilər.
Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamenti adından verilən bəyanatda Rüstəm İbrahimbəyovun və onun ətrafının öz xalqına qarşı xəyanəti kəskin şəkildə pislənilir və dövlət tərəfindən onlara qarşı ciddi tədbirlər görülməsi tələb olunur.


MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 979 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed