02.06.2018 [10:30] - Diaspor
"Bizim diaspor məsələri ilə bağlı strateji istiqamətimiz olmalıdır. Bu istiqamət təkcə Rusiyadakı deyil, digər ölkələrdəki diaspor təşkilatlarımızın da yaşadıqları ölkə ilə Azərbaycan arasında körpü rolunu oynamasından ibarətdir".
Davam.az xəbər verir ki, bunu APA-nın Rusiya bürosuna açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. O bildirib ki, Dövlət Komitəsinin əsas məqsədlərindən biri diaspor təşkilatları arasında koordinasiya işini təşkil etməkdir.
Rusiyanın Həştərxan vilayətindəki Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirən komitə sədri onları Rusiyanın digər regionlarında olan diaspor təşkilatlarına nümunə kimi göstərib: "Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin dediyinə görə, özünün köməkçiləri arasında iki azərbaycanlı var. Bu, çox yaxşı haldır".

Bu xəbər oxucular tərəfindən 1742 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |