Şrift:
"Traktor" - "Qarabağ" maçını 50 milyon soydaşımız izləyəcək
04.07.2012 [01:35] - Xəbərlər, İdman
Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” klubu Cənubi Azərbaycanın “Traktor Sazi” klubu ilə yoldaşlıq görüşü keçirəcək.

“Davam.az”
ın “Qarabağ”ın saytına istinadən verdiyi məlumata görə, Şimali və Cənubi Azərbaycanın ən məşhur klubları arasında görüş iyulun 11-də Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.

Məlumatda qeyd edilib ki, ”Qarabağ”ın planında iyulun 11-də yoxlama oyunu keçirmək olmayıb. Amma komandanın baş məşqçisi Qurban Qurbanov ümummilli maraqları nəzərə alıb tarixi oyunun keçirilməsinə şərait yaradıb.
Qeyd edək ki, bu tarixi qarşılaşmanı televizya vasitəsi ilə 50 milyon soydaşımızın izləyəcəyi ehtimal olunur.
Bu xəbər oxucular tərəfindən 2188 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed