04.07.2012 [09:36] - Sosial
Dünən II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin (Asif Yusif oğlu Məhərrəmov) məzarı ziyarət edilib.
Tədbirdə Fred Asifin döyüş yoldaşları, yaxınları və ailə üzvləri iştirak edibdir. “Azərbaycan Milli Qəhrəmanların Təbliğatına Dəstək” ictimai birliyinin sədri Seyidzadə Mirbəşir Mirsultan oğlu çıxış edərək qəhrəmanın keçdiyi şərəfli həyat yolundan danışıb. F.Asifin silahdaşları onun məzarı başında qəhrəmanın döyüş yolundan, onun ermənilərə qarşı apardığı mübarizədən söz açıblar.
Tədbir iştirakçıları sonra Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimovun, Elmar Edilovun və digər şəhidlərin məzarlarını da ziyarət ediblər.
Xatırladaq ki, Fred Asif 1952-ci il, iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın ermənilərlə həmsərhəd kəndlərində düşmənə qarşı döyüşüb. Sonralar isə hərbi hissə yaradaraq torpaqlarımızı erməni təcavüzündən müdafiə edib. Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub. 1992-ci ildə dekabrın 7-də Azərbaycanın Milli Qəhrəmanı adına, “Məhəmməd Əsədov Mükafatına” layiq görülüb. Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasını dəyişib. İyulun 3-də Bakı şəhərində II Fəxri Xiyabanda dəfn edilib. Bakının küçələrindən biri onun adını daşıyır.

Bu xəbər oxucular tərəfindən 1300 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |