04.06.2018 [10:14] - Xəbərlər, DAVAMın yazıları
Demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da 2018-ci ilin Cümhuriyyət ili elan olunduğundan Enter.News hər həftənin şənbə və bazar günləri Cümhuriyyət parlamentində olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağı nəzərə alıb.
Yazının əvvəlini bu linkdən oxuyun.
Otuzyeddinci iclasın davamı
13 may 1919-cu il
Otuz səkkizinci iclas
15 may 1919-cu il
Rəis - Həsən bəy Ağayev. Katib - Mehdi bəy Hacınski
Müzakireyi-yomiyyə:
1 - Sərmayə vergisinin təbdili və sənə ibtidasına keçirilməsi haqqında layiheyi-qanuniyyə; 2 - Əxzi-əsgər idarələri təşkili haqqında qanun layihəsi; 3 – Parlaman məbuslarına və hökumət əzalarına veriləcək yomiyyə haqqında; 4 - Etimadnamə komisyonunun məruzəsi; 5 - Məclisi-Müəssisan intixabı haqqında layiheyi-qanuniyyə; 6 - Daxil olmuş kağızlar, o cümlədən:
a) Ədliyyə nəzarəti indində məbəs müfəttişliyi təsisi haqqında layiheyiqanuniyyə;
b) Balıq və balıq məhsulları ixracatının təbdili haqqında layiheyiqanuniyyə;
t) Quba bələdiyyə idarəsinə səpmə yatalaq ilə mübarizədə bulunmaq üçün yüz min rublə faizsiz borc verilməsi haqqında layiheyi-qanuniyyə;
s) Bakı və civarinda posta teleqraf məmurları üçün ambulatoriya təşkili haqqında layiheyi-qanuniyyə.
Qəbul olunmuş layihələrdən iki əvvəlinci layiheyi-qanuniyyə komisyonuna və iki axırıncılar da maliyyə-büdcə komisyonuna keçməsi qəbul edildi.
Üzvlərdən Ağabəy Səfərəliyevin “İttihad” firqəsindən çıxması bəyan edildi. Təzə üzvlərdən Boqdan Qəhrəmanoviç Calayans iclasda iştirak edir.
Rəis - Əfəndilər, həmin may ayının 28-də Azərbaycan Cumhuriyyəti istiqlaliyyətinin illik bayramı icra ediləcəkdir. Hökumət öz tərəfindən bu təklik üçün lazımi tədbirlər görəcəkdir. Biz isə bu haqda bir qeyri komisyon intixab etməyib bu milli “bayramı” qeyd üçün tədbirlər ixracatını ləvazim komisyonuna həvalə edək. Və komisyon lazımi tədarüklər görsün “deyib bu haqda iclasa təklif edir. Təklif qəbul edilir. Rza bəy Ağabəyov, Muxtar Əfəndizadə və Abdulla bəy Əfəndizadə maliyyə və büdcə komisyonuna intixab edilmələri təklif edildi. İntixab iclasın axırlarında olacağını rəis məlum etdi.
Sərmayə vergisinin təbdili və sənə ibtidasına keçirilməsi haqqında Şəfi bəy Rüstəmbəyli bəyanat verib, layihəni oxudu. Bu haqda Yusif Əhmədzadə, Abdulla bəy Əfəndizadə, Hacı Kərim Saniyev mübadileyi əfkar etdilər.
Rəis - Layihənin ikinci qiraəti oxunmasını səsə qoydu. Əksəriyyəti - ara ilə qəbul edildi. Katib layihənin qiraətini maddəbəmaddə oxudu. Rəis layihəni maddəbəmaddə səsə qoydu, qəbul olundu. Üçüncü qiraət isə gələcək iclasa təxir edildi. Əxzi - əsgər idarələri təşkili haqqındakı layihə barəsində Qara bəy Qarabəyli bəyanət verdi.
Rəis - Bu layiheyi-qanuniyyə böyük olub və layiheyi-qanuniyyə və hərbiyyə komisyonlarının əlavələri olduğu üçün həmin komisyonların müştərək qiraətinə verilməsini təklif etdi. Bu təklif əleyhinə Musa bəy Rəfiyev danışdı.
Təklif səsə qoyulub əksəriyyəti - ara ilə məzkur komisyonların müştərək müzakirəsinə verilməsi qəbul edildi.
Məbusların diyetaları və hökumət əzasının təzyidi haqqında Mehdi bəy Hacıbababəyov bəyanat verib layihəni oxudu. Bu haqda Qara bəy Qarabəyov, Mustafa Mahmudov, Sultan Məcid Qənizadə, Səmədağa Ağamalov, Muxtar Əfəndizadə mübadileyi əfkar etdilər. Müzakirə qət edilməsi təklifi səsə qoyulub qəbul olundu. Layihənin ikinci qiraətinin oxunması səsə qoyulub qəbul edildi. Yeni təkliflər verildi, səsə qoyulub qəbul edildi. Katib layihəni maddəbəmaddə oxudu, səsə qoyulub layihə qəbul edildi. Üçüncü qiraəti isə gələcək iclasa təxir edildi. 5 dəqiqə tənəffüs elan olundu.
Tənəffüsdən sonra iclas davam edir. İntixab vərəqləri verildi. Rza bəy 40 səs, Abdulla bəy 29 səs və Muxtar Əfəndizadə 24 səs alaraq maliyyə və büdcə komisyonuna üzv intixab edildilər.
Rəis - Etimadnamə komisyonu tərəfindən Abbas bəy Atamalıbəyov məruzə oxudu. Məruzənin məzmunu: Etimadnamə komisyonunun bəratülqövli. İştirak edənlər: Ş. B. Rüstəmbəyli, Z. B. Vəzirzadə, A. Papyan, A. T. Atamalıbəyov. Böylə qərar qoyduq: 1) Gəncə erməni əhalisi tərəfindən parlamana intixab edilən üzvlər: A. Malxazyan, Amaspyur, Ter-Azaryan və Xodjayanın mandatları dürüst olduğu üçün qəbul edilsin. Bu haqda komisyon üzvü Z. B. Vəzirov, Malxazyan və Amaspyurun intixabı dürüst olmadığına səs verib ayrı bir rəydə qaldı. 2) Cavanşirdən intixab edilmiş üzv S. B. Lənbəranskinin intixab işi dürüst olmadığı üzrə haman qəzadan qeyri bir qanunu intixab olmasına üç həftə vaxt verilsin. 3) Bağır Rzazadənin ərz-halı biəncam qalsın. 4) Bağır Rzazadə parlamana üzv intixab haqqında sosialistlərin istidası qəbul edilsin.
Rəis - Balada zikr olunan intixabat haqqındakı komisyonun qərarlarını ayrıca səsə qoyduqda əksəriyyəti ara ilə komisyonun rəyi qəbul olundu.
№ 39
Otuz doqquzuncu iclas
19 may 1919-cu il
Rəis - doktor Həsən bəy Ağayev. Katib - Mehdi bəy Hacınski
Müzakireyi-yomiyyə:
1 - Parlamanın məbusları ilə hökumət əzalarının diyetaları haqqında layiheyi-qanuniyyə (Üçüncü qiraət): 2 - Sərmayə vergisinin təbdili və sənə ibtidaisinə keçirilməsi haqqında layiheyi-qanuniyyə (Üçüncü qiraət); 3 - Əxziəsgər idarəsi təşkili haqqında layiheyi-qanuniyyə; 4 - Məclisi-Müəssisan seçkiləri haqqında layiheyi-qanuniyyə; 5 - Azərbaycan istiqlalının sənə ibtidası nümayişinin tərtibi üçün iki yüz min rublə buraxılması haqqında ləvazim komisyonu sədrinin ərazi-halı (təcili); 6 - Gəncə bələdiyyəsinə bir milyon rublə qərz verilməsi haqqında layiheyi-qanuniyyə; 7 -Hökumətin - 20 - milyonluq fondunun - 40 - milyona qədər artması haqqında layiheyi-qanuniyyə; 8 - Daxil olmuş kağızlar.
O cümlədən:
a) Maliyyə naziri cünbundə müfəttişlik məmuriyyəti ehdas etmək haqqında layiheyi-qanuniyyə; b) Parlaman divani - rəyasətinə və ləvazim heyətinə məxsus iki avtomobilin 8 aylıq smetası haqqında layiheyi-qanuniyyə.
Rəis iclası saat yarım vaxtından gec olaraq açır. Siyahı üzrə 44 üzv vardır. İclasda isə 35 üzv isbati-vücud edir. Kvorum olmadığı üzrə rəis iclası qapamaq istəyir. Lakin qapamayıb 5 dəqiqə tənəffüs elan edir. Siyahiyyə imza edib də iclasda mövcud olmayan üzvlərin adları bəlli olmaq üzrə katib imza edənlərin siyahisini oxudu. Bir qədərdən sonra Kvorum düzəldi və rəis iclası açdı. 1 – Parlaman məbusları ilə hökumət əzalarının diyetaları haqqında layihənin üçüncü qiraətin maddəbəmaddə oxudu. Parlaman nizamnaməsinin 172-ci maddəsi mövcibincə layiheyi-qanuniyyəyi rəis qapalı üsul ilə (şar ilə) səsə qoydu. Ləhinə - 40 - ağ şar və əleyhinə - 12-qara şar verilmək üzrə layiheyi-qanuniyyə əksəriyyəti - ara ilə qəbul edildi.
2 - Sərmayə vergisinin təbdili və sənə ibtidasına keçirilməsi haqqında layiheyi-qanuniyyənin üçüncü qiraətini katib oxudu. Layiheyi-qanuniyyə maddəbəmaddə səsə qoyularaq əksəriyyəti - ara ilə qəbul edildi.
3 - Əxzi - əsgər idarələrin təşkili haqqında layiheyi-qanuniyyə məruzəçi olmadığı üçün müzakirə edilmir.
4 - Məclisi-Müəssisan seçkiləri haqqındaki, layiheyi-qanuniyyə haqqında məruzəçi Məmməd Əmin Rəsulzadə bəyanat verdi.
Bədə Muxtar Əfəndizadə, Abdulla bəy Əfəndizadə, Xodjayan, Məmmədəmin Rəsulzadə, Mustafa Vəkilov, Hacı Kərim Saniyev, Sultan Məcid Qənizadə, Yusif Əhmədzadə, Əhməd Cövdət Pepinov, Rza bəy və Ağa Aşurov mübadileyi-əfkar etdilər. Məruzəçi məlumat verdi. Müzakirə bitdi.
Layihənin ikinci qiraətinin oxunması səsə qoyulub qəbul olundu. Lakin növbəti məsələ mühüm olduğu üçün ikinci qiraət gələcək iclasa təxir edilməsi qəbul olundu.
- Azərbaycan istiqlalının səneyi-dövriyyəsi, şənliyi-tərtibi haqqında layiheyi-qanuniyyə təcili surətdə müzakirə edilməsi səsə qoyulub qəbul olundu.
Mehdi bəy Hacıbababəyov bəyanat verdi. Əhməd Cövdət Pepinov nitq söylədi. Şənlik üçün göstərilən iki min rublə əvəzinə yüz min rublə buraxılması təklif edildi. Təklif səsə qoyulub əksəriyyəti - ara ilə qəbul edildi. Layihənin ikinci hissəsi əfvi-ümumi haqqında bir çox mübahisə oldu. Bu haqda bir komisyon intixab edilməsi təklif olundu. Səsə qoyulub qəbul olundu. 5 dəqiqə tənəffüs elan edildi.
Tənəffüsdən sonra bir komisyon intixab edilməsi təklifi bir də səsə qoyulması təklif edildi. Rəis təklifi səsə qoyduqda ləhinə 17, əleyhinə 23, səs verməyən isə 4. Beləliklə əfvi-ümumi məsələsi ləğv edildi.
№ 40
Qırxıncı iclas
22 may 1919-cu il
Rəis - doktor Həsən bəy Ağayev. Katib - Mehdi bəy Hacınski.
Rəis müəyyən olunmuş vaxtdan bir saat keçmiş isə də hənuz kvorum düzəlmədiyini məlum edərək növbəti məsələlərin müzakirəsinə keçməyibdə iclası qapadı.
Davamı var...

Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |