Şrift:
Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 69-a çatıb
05.06.2018 [10:18] - Hadisə
Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb



Bundan əvvəl 65 nəfərin öldüyü bildirilirdi.



Hazırda ölənlərdən 17-nin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Həyatlarını itirənlərin əksəriyyəti Eskuintla departamentinin sakinləridir – 54 nəfər.



Təbii fəlakət nəticəsində 46 nəfər xəsarət alıb, azı 3 min insan təxliyə edilib. Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb.



Hündürlüyü 3,7 km təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşən vulkan iyunun 3-dən püskürməyə başlayıb.
Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed