04.07.2012 [11:14] - İqtisadiyyat
Tovuz Rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsindən bildirmişlər ki, bu il rayonun kəndli fermerləri ötən ildəkindən 1575 hektar çox - 9 min 220 hektar sahədə taxıl becərmişlər. Zəmilərin 9 min 105 hektarını buğda, 115 hektarını arpa təşkil edir. Biçin kompaniyasına 26 kombayın və xeyli sayda köməkçi texnika cəlb edilmişdir. Fermerlər artıq 1720 hektar sahənin məhsulunu yığmışlar. Ötən ilin müvafiq dövrü ilə müqayisədə biçilən sahə 1420 hektar, yığılan məhsul isə 3 min 547 ton artıqdır.
Taxılı vaxtında və itkisiz yığmaq üçün fermerlər səylərini artırırlar.
Taxılı vaxtında və itkisiz yığmaq üçün fermerlər səylərini artırırlar.
Bu xəbər oxucular tərəfindən 1574 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |