04.07.2012 [11:19] - Xəbərlər, Mədəniyyət
İtaliyada, Litvada, ümumiyyətlə, Avropa İttifaqına üzv ölkələrdə təhsilə dövlət büdcəsindən ayrılan vəsait, müəllimlərin əməkhaqqı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.
Onun sözlərinə görə, bu yaxınlarda Litva və İtaliyaya səfərinin məqsədi həmin ölkələrin təhsil sistemi ilə, orda həyata keçirilən islahatlarla tanış olmaq, əlaqələri genişləndirmək və həmin ölkədə təhsil sahəsindəki nailiyyətləri Azərbaycanın təhsil sistemində tətbiq etmək idi.
"Hər iki ölkədə, ümumiyyətlə, Avropa İttifaqına üzv ölkələrdə təhsilə dövlət büdcəsindən ayrılan vəsait, müəllimlərin əməkhaqqı dəfələrlə çoxdur, bu vəsaitlər Azərbaycanla müqayisə oluna bilməz", - Mərdanov əlavə edib.
O qeyd edib ki, hazırda ölkənin orta məktəblərində 3 mindən çox müəllimə ehtiyac var. Vakant yerlərin 90 faizi rayon məktəblərindədir. Bakı şəhərində isə çox az sayda müəllimə ehtiyac var.
Mərdanovun sözlərinə görə, artıq növbəti tədris ili üçün müəllimlərin işə qəbulu məqsədilə sənəd qəbuluna başlanılıb.

Bu xəbər oxucular tərəfindən 1204 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |