Şrift:
Krımda fövqəladə vəziyyət elan edildi
06.06.2018 [11:01] - Türk dünyası-Turan
Krım yarımadasında quraqlıq hökm sürməsi səbəbindən fövqəladə vəziyyət elan edilib.

Quraqlıq daha çox Kurman, İçki, Curçi və Seyidlər bölgələrində yaşanır.

Qarasubazar bölgəsindəki su anbarında su səviyyəsi aşağı enib, kənd təsürrafatına ziyan dəyib.

Krım rəhbərliyi təsərrüfatına ziyan dəyənlərə təzminat ödənəcəyini açıqlayıb.

Məlumat üçün bildirək ki, Krımın su təminatının 80 faizi Şimali Krım kanalı, 20 faizi isə su anbarları vasitəsilə həyata keçirilirdi. Lakin, yarımadanın Rusiya tərəfindən işğalından sonra Şimali Krım kanalından su ötürülməsi dayandırılıb.
Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed