06.06.2018 [11:07] - Xəbərlər, DAVAMın yazıları
Heç bir “casus-təxribatçı dəstəsi” olmayan (əslində belə bir dəstə yox idi) İrandakı qardaşları ilə heç vaxt məktublaşmayan Cəmşid xan da o vaxt çox adi bir hala çevrilən müdhiş cəzanın qurbanı oldu.
Qızıl ordusunda kütləvi repressiyaların başladığı bir dövrdə C.Naxçıvanski 20 may 1938-ci ildə antisovet təşkilatın işində iştirakda günahlandırılaraq üçüncü dəfə həbs edildi.
Naxçıvanskinin dindirilmə protokolunu ürək ağrısız oxumaq mümükün deyil. Onu döyməklə, saatlarla ayaqüstə ac-susuz saxlamaqla işgəncə edərək qırmızı cəlladlar istədiklərinə nail olublar. Çünki hər bir sətirdə, cümlədə ona edilən işgəncələrin izlərinin görmək mümkündür.
Onu da qeyd etmək lazımdır ki, Cəmşid xanın verdiyi dindirilmə “Protokol”unda söhbət 1921-1930-cu illərə aiddir. O illərdə “Protokol”da adı çəkilən adamlar Sovet hakimiyyəti əleyhinə əks fəaliyyət göstərə bilməzdilər. Çünki Əliheydər Qarayev, Çingiz İldırım, Qəzənfər Musabəyov, Həmid Sultanov və başqaları bolşevik hökumətinə sidq ürəklə xidmət edir və bu yeni hökumətə ürəkdən inanırdılar.
Bu yalan iftiraları 1938-ci ildə Cəmşid xanın boynuna qoymaqda məqsədi Azərbaycanın bir qrup yüksək rütbəli zabitlərini və ziyalılarını onun əli ilə məhv etmək idi.
Beləcə, 26 avqust 1938-ci ildə Lefortova zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri Vasili Vasilyeviç Ulrixin sədrliyi ilə keçirilən səyyar məhkəmə iclasında o, Sovet hökumətinin devrilməsi məqsədilə sui-qəsddə iştirakda və casusluqda günahkar hesab edildi. O, əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edildi və hökm dərhal icra edilməli idi. Elə həmin gün Cəmşid Naxçıvanski güllələndi.
Enter.News tədqiqatçı Şəmistan Nəzirlinin araşdırmalarından əldə etdiyi həmin protokolu təqdim edir:
Yazının əvvəlini bu linkdən oxuyun
Cavab: Azərbaycan Milli Mərkəzinin sağtrotskiçi mərkəzlə əlaqəsi haqqında məni məlumatlandırdıqda Qarayev göstərdi ki, danışıqlar sağtrotskiçi mərkəzin nümayəndələri Buxarin və Rıkovla o - Qarayev, Ruhulla Axundov və Mirzə Davud Hüseynov tərəfindən aparılırdı. Bu danışıqlar zamanı birgə iş haqqında razılaşmaya nail olundu. Bu birgə iş partiya və hökumətlə birgə mübarizədən, həmçinin, Azərbaycan Sovet İttifaqından ayrılmasına razılıq verilməsindən ibarət olmalı idi. AMM-in partiya və hökumətlə birgə mübarizə üzrə işdəki rolu, başlıca olaraq, xalq təsərrüfatının bütün sahələrində (başlıca olaraq, neft təsərrüfatında) ziyankarlığın təşkilindən və Azərbaycanda üsyanın hazırlanmasından ibarət olmalı idi.
Bu mərkəzlər arasında daimi əlaqəni 1930-cu ildən daimi olaraq Moskvada yaşayan Qarayev həyat keçirirdi.
Sual: Onunla görüşdükdə Qarayev Sizi daha nə haqqında məlumatlandırdı?
Cavab: Elə bu söhbət əsnasında Qarayev məni Azərbaycan Milli Mərkəzinin Azərbaycandakı sovet hakimiyyətinin devrilməsindən, burjua-demokratik quruluşun bərqərar edilməsindən və Azərbaycanın Sovet İttifaqından ayrılmasından ibarət olan proqramını haqqında məlumatlandırdı. Bu məqsədin, həmsərhəd dövlətlərdən biri ilə aparılacaq müharibə ilə eyni vaxtda başlayacaq silahlı üsyanın köməyi ilə həyata keçirilməsi düşünülürdü. Həm də təkcə Azərbaycanda təcrid edilmiş halda deyil, Gürcüstan və Ermənistanla birlikdə çıxışların olması düşünülürdü. Demək lazımdır ki, o dövrdə (1931-ci il) bu razılığa tam şəkildə gəlinməmişdi.
Sual: Azərbaycan Milli Mərkəzinin Gürcüstan və Ermənistanın milliyyətçi təşkilatları ilə razılaşması nə vaxt və məhz kimin vasitəsi ilə həyata keçirilmişdir?
Cavab: Bu danışıqların başlanması 1931-ci ilə təsadüf edir.
Silahlı üsyanın təşkili üçün AMM Azərbaycan diviziyasının, həmçinin arasında müvafiq iş aparılan yerli əhalinin qüvvələrinə malik idi. Qarayev sözlərinə görə Ermənistan və Gürcüstanda da, həmçinin, orduda böyük iş aparılırdı və Qarayev deyirdi ki, bu respublikalardakı milli diviziyalar silahlı üsyanın təşkili zamanı əsas aparıcı qüvvə olacaqlar.
Bu respublikalarda tam istinad yerli əhalinin silahlı çıxışlarına edilirdi. Gürcüstan və Ermənistanda milli mərkəzlərə Eliava, Oraxelaşvili, Tel Qabrielyan rəhbərlik edirdilər.
Yerli əhali arasında aparılan iş sovet hakimiyyəti əleyhinə müvafiq təşviqatdan, kəndin ən nüfuzlu şəxslərinin, rayon komitələri katiblərinin və rayon icra komitələri sədrlərinin cəlb edilməmələrində ibarət idi. Əhalin əllərində çoxlu sayda silahın saxlanılması və orduya çağırılmamalı olan şəxsləri (qolçomaq uşaqlarının və s.) böyük faizinin ordu Osoaviaxim vasitəsilə hərbi təlim almasını da bu işə aid etmək lazımdır.
Sual: Azərbaycan Milli Mərkəzindəki rolunuz barədə danışın.
Cavab: Ya 1932-ci ilin sonunda, ya da 1933-cü ilin əvvəlində, Qarayevin mənzilində, Azərbaycan Milli Mərkəzində mənim işimin konkret olaraq nə ilə ifadə olunduğu izah etdiyi söhbətimiz oldu.
Bu söhbətdə Qarayev göstərdi ki, AMM Buxarin vasitəsi ilə Hərbi Mərkəzlə əlaqə yaratdı və Azərbaycan Milli Mərkəzinin nümayəndələri (Qarayevi Axundov, Hüseynov) o mərkəzin nümayəndələri ilə (marşal Mixail Tuxaçev və ordu komandanı Avqust Korkla) danışıqlar aparırdılar.
AMM-in Hərbi Mərkəzlə razılaşması Hərbi Mərkəzin Azərbaycandakı silahlı üsyana hər vəchlə kömək etməsindən ibarət olmalı idi. Bu konkret olaraq silahlı üsyanın yatırdılması üçün göndəriləcək qoşunların gecikdirilməsi və rus hərbi hissələrinin Azərbaycandan çıxardılması ilə ifadə olunmalı idi.
Qarayev buradaca göstərdi ki, mən Azərbaycan Milli Mərkəzinim nümayəndəsi kimi onların və Hərbi Mərkəzin nümayəndəsi kimi, Korkun arasında, əlaqə saxlamalı olacağam.
Korkla saxlanılan bu əlaqə Azərbaycanda üsyanın hazırlanmasının gedişi haqqında məlumatlandırmaqdan, üsyanın hazırlanmasının gedişinə və əgər bu həyata keçirilə bilərsə, üsyanın özünə Hərbi Mərkəz tərəfindən rəhbərlik edilməsindən ibarət olmalı idi. Bu məlumatları mən Qarayevdən almalı və Korkun vasitəsi ilə Tuxaçevskini məlumatlandırmalı idim.
Sual: Siz Korkla əlaqəyə girdiniz?
Cavab: Bəli, əlaqəyə girdim. Qarayevlə olan söhbətdən iki həftə sonra mən Korkun yanına getdim. Bu söhbət onun Moskva hərbi dairəsinin qərargahındakı kabinetində baş vermişdi. Kork məni olduqca lütfkarlıqla qarşıladı və dedi ki, ona mənim gəlişinin məqsədi Qarayevdən məlumdur.
Sual: Korkla olan söhbətinizdən daha ətraflı danışın və o, Sizin qarşınızda hansı məqsədlər qoydu?
Cavab: Kork söhbət zamanı göstərdi ki, mənim rolum əsasən Azərbaycanda silahlı üsyana hazırlığın gedişi haqda onu məlumatlandırmaqdan və Hərbi Mərkəz tərəfindən üsyana hazırlığın gedişinə rəhbərliyinin həyata keçirilməsindən ibarət olmalıdır.
Bu əlaqənin hansı yolla həyata keçirilməli olduğunu mən yuxarıda göstərdim.
Sonra Kork Tuxaçevski ilə onun, AMM-lə nə barədə razılaşdıqlarını, yəni üsyanın həmsərhəd dövlətlərdən biri ilə başlanacaq müharibə ilə eyni vaxtda, əgər lazım gələrsə Hərbi Mərkəzin göstərəcəyi tarixdə başlamalı olduğunu mənə təkrar etdi.
O, həmçinin Hərbi Mərkəzin silahlı üsyanın ayrı-ayrı rayonlarda deyil, hər yerdə və eyni zamanda başlaya bilməsi üçün müvafiq şəkildə hazırlanmalı olduğu haqda direktivi də xəbər verdi.
Sual: Sağtrotskiçi mərkəzin və Tuxaçevskinin direktivlərinin icrasında Azərbaycan Milli Mərkəzi hansı işi yerinə yetirmişdi?
Cavab: 1935-ci ildə elə onun öz mənzilində növbəti görüş zamanı Qarayev Azərbaycandakı vəziyyət barəsində məni ətraflı məlumatlandırdı. Qarayev göstərdi ki, işlər çox gözəl gedir, Azərbaycan Milli Mərkəzinə Musabəyov, Rəhmanov, Ruhulla Axundov, Əfəndiyev kimi nüfuzlu şəxslərin və digərlərinin daxil olması hesabına cəlb etmə olduqca uğurla keçir. O, göstərdi ki, rayonların rəhbərliyinin (rayon komitələrinin katibləri və rayon icra komitələrinin sədrləri) əksəriyyəti cəlb ediliblər.
Elə bu söhbətdəcə o göstərdi ki, orduda böyük iş görülməsinə nail olunmuşdur. Azərbaycan Milli Mərkəzinə Azdiviziyanın təkcə yüksək və orta rəis heyəti deyil, həm də bu çox vacibdir, siyasi rəhbər heyətinin böyük faizi də cəlb edilmişdir.
Diviziya üzrə cəlb edilmiş şəxslərdən o, diviziya komandiri Qambay Vəzirovu, diviziya qərargahı rəisi İbrahimovu, diviziyanın hərbi komissarı Cabir Əliyevi, Azdiviziyanın tribunalının sədri Tağıyevi göstərdi. O, soyadlarına görə hamını tanımırdı.
Qarayevin məlumatlarına görə cəlb edilmə davam edir və diviziyanın ali və baş rəis heyətini deyil, həm də orta rəis heyətini də əhatə etməyə ümid var. Mənim Qarayevə verdiyim - diviziyanın rəhbərliyi ilə əlaqə yaratmalı və işə nəzarət etməliyəmmi sualıma Qarayev cavab verdi ki, bunu etmək lazım deyil. Çünki bu diviziya komandiri Vəzirov tərəfindən narazılıqla qarşılanacaq.
Sual: Siz Korku Əlheydər Qarayevlə olan söhbətləriniz barədə məlumatlandınız?
Cavab: Bəli, həmin vaxt Akademiyanın rəisi olan Korkin kabinetində görüşdükdə mən bütün bu məlumatları ona ötürdüm. Kork dedi ki, bütün bunlar düzdürsə onda hesab etmək olar ki, böyük iş görülmüşdür. Ancaq rəis heyətinin böyük faizlə cəlb edilməsinin iflasa gətirib çıxaracağından ehtiyatlandığını bildirdi. Buna görə də rəisi heyətindən olan şəxslərin dar çərçivəsini əhatə etmək və qalanların da arasında bacarıqlı iş aparılması (təşviqat, rəisi heyətinin və qırmızı ordu əsgərlərinin müvafiq seçimi) təklif olundu.
Sual: Silahlı üsyan planı haqqında sizə nə məlum olduğunu ətraflı danışın.
Cavab: Azərbaycandakı üsyanın planı mənə Qarayevin sözlərindən məlum olmuşdu.
Artıq göstərdiyim kimi üsyan zamanı Azərbaycan Milli Mərkəzinin arxalanmalı olduğu qüvvə Azdiviziya, qismən də Azərbaycanın bütün rayonları üzrə hazırlaşdırılması üçün gücləndirilmiş iş gedən - milis və yerli əhali olmalı idi.
Rayon üsyançı dəstələrinə təşkilatın iştirakçıları - rayon icra komitələrinin sədrləri və rayon komitələrinin katibləri başçılıq etməli idilər. Dəstə qərargahlarının rəisləri rayon hərbi komissarları və ya rayon hərbi komissarlıqlarının olmalı idilər. Tərxis olmuş qırmızı ordu əsgərləri, milis və bu rayonlarda yaşayan tərxis olunmuş rəis heyəti bu dəstələrin özəyi və komandir heyəti olmalı idilər.
Üsyan bütün rayonlarda eyni zamanda başlamalı idi.
Rayon dəstələri rayonlarda öz işlərini tezliklə bitirərək sonrakı təyinatların olacaqları yerlərdə - yaxınlıqdakı dəmiryol stansiyalarında toplanmalı idilər. Bu sonrakı təyinat, şəraitdən asılı olaraq, ya Bakı (əgər hakimiyyətin tutulmasında gecikmə baş versəydi), ya da RSFSR-dan Qırmızı ordu hissələrinin hücuma keçəcəyi halda müqavimətin təşkili üçün RSFSR-in sərhədi olmalı idi.
Dəstələrin bir hissəsi isə sərhədçi dəstələri ilə mübarizəyə yollanırdı. Bakıda ətraf rayonlarda hakimiyyətin Azdiviziyanın, milisin və yerli əhalinin köməyi ilə ələ keçirilməsi nəzərdə tutulurdu.
Azdiviziyanın Bakıdan kənarda yerləşdirilmiş olan hissələri gecikmədən Bakıya yola düşməli idilər.
Bakıda hakimiyyətin ələ keçirilməsi planı və Azərbaycan üzrə ümumi plan Azdiviziyanın komandiri Qambay Vəzirov tərəfindən tərtib olunmuşdu.
Sual: Siz Korku Azərbaycandakı silahlı üsyanın bu planı barədə məlumatlandırdınız?
Cavab: Bəli, məlumatlandırdım. Mənim bu planın Korka, sonuncunun isə Tuxaçevskiyə etdiyi məruzəsindən sonra aşağıdakı düzəlişlər daxil edilmişdi.
1) Üsyançı dəstələri və Azdiviziya təkcə sərhəddə toplanmalı deyil, həm də Dağıstan üsyançılarına kömək etməyə hazır olmalıdırlar;
2) Azdiviziyanın Bakıdan kənarda yerləşmiş hissələri Bakıda hakimiyyətin ələ keçirilməsini etibarlı şəkildə və tez bir zamanda həyata keçirmək üçün üsyandan qabaq istənilən bəhanələrlə Bakıya yaxınlaşdırılması idilər.
Hərbi Mərkəzin bu göstərişlərini mən Qarayevə ötürdüm. Bu cür planlar isə Ermənistan və Gürcüstanda da var idi. Bu respublikaların hərbi təşkilatlarına müvafiq diviziyaların komandirləri - təşkilatın iştirakçıları başçılıq edirdilər.
Bu respublikaların silahlı üsyan planlarının Qarayevə məlum olub – olmadığını bilmirəm. Hər halda o mənə bu haqda danışmırdı.
Sual: 1930-cu ildə Azərbaycan Milli Mərkəzinin darmadağın edilməsindən sonra yenidən yaradılmış mərkəz tərəfindən kapitalist ölkələri ilə əlaqə yaradılmışdımı?
Cavab: 1937-ci ildə Qarayevlə olan söhbətim zamanı öyrəndim ki, Bakıda Azərbaycan Milli Mərkəzi tərəfindən müvafiq konsulların vasitəsilə Türkiyə və İran hökumətləri ilə müvafiq danışıqlar aparılır. Kömək, müvafiq kompensasiya hesabına silahlı yardımdan ibarət olmalı idi. Azərbaycan Milli Mərkəzindən bu danışıqları aparmaq üçün konkret olaraq kimə səlahiyyət verildiyini Qarayev mənə deməmişdi və mən bu haqda ondan heç nə soruşmadım.
Türkiyə və İran hökumətlərinə veriləcək kompensasiya ərazi güzəştindən (Naxçıvan Respublikasını - Türkiyəyə və Lənkəran qəzasının İrana), material kompensasiyadan - başlıca olaraq neftlə və sonralar ticarət razılaşmalarının bağlanması zamanı müvafiq imtiyazlardan ibarət olmalı idi. Qarayev buradaca bu söhbətin böyük məxfiliyi barədə məni xəbərdar etdi və Korku bu barədə məlumatlandırmamağı xahiş etdi.
Sual: Moskvada olduğunuz zaman ərzində Siz Azərbaycan mərkəzinin iştirakçılarından daha kimlə görüşmüsünüz?
Cavab: Azərbaycan Milli Mərkəzinin Azərbaycandan gələn iştirakçılarından Xəzər donanmasının (mülki) rəisi işləyən Azdiviziyanın keçmiş hərbi komissarı Həsən Rəhmanovla və Bakı şəhərinin komendantı Məhərrəmovla Azərbaycandakı vəziyyət haqqında söhbətlərim olmuşdu.
Mən Həsən Rəhmanovla Azərbaycan Milli Mərkəzi tərəfindən aparılan cəlbetmədən və silahlı üsyanın hazırlanması haqqında danışırdım. Rəhmanov mənə Azərbaycan Milli Mərkəzinə daxil olan şəxslərin adlarını çəkdi, soyadları Qarayevin mənə dedikləri ilə uyğun gəlir. Bütün soyadlarını mən xatırlamıram; yadımda qalan soyadlarını mən artıq ifadəmdə sadalamışam. Rəhmanov məni həmçinin, silahlı üsyana hazırlığın gedişi haqqında da məlumatlandırdı. O, göstərdi ki, Azərbaycan Milli Mərkəzinin olduqca nüfuzlu heyəti hesabına cəlb etmə olduqca uğurla gedir. Rayonlarda iş xüsusilə uğurla gedir. Rəhmanov, həmçinin, göstərdi ki, hazırlanan üsyanla Azərbaycanda əvvəllər baş verən üsyanlar arasında əsas fərq ondan ibarət olacaqdır ki, gələcək üsyana rayonların məsul şəxsləri başçılıq edəcəklər.
Rəhmanov tam əminlik bildirdi ki, üsyan tam uğurla nəticələnəcək. Mən Məhərrəmovla başlıca olaraq cəlbetmə ilə bağlı vəziyyət və Azdviziyadan aparılan iş haqqında danışmışdım.
Məhərrəmov göstərdi ki, diviziya komandiri Vəzirovla diviziyanın hərbi kоmissarı Cabir Əliyev arasında baş tutan barışıqdan sonra iş uğurla getməyə başladı.
Məhərrəmov cəlb edilməsinə müyəssər olunmuş şəxslərin adını sadaladı. Məhərrəmov diviziya komandiri Vəzirovun hərbi komissar Cabir Əliyevin, Azdiviziyanın siyasi şöbəsinin rəis müavini Yusifovun, diviziyanın qərarga rəisi Sursal İbrahimovun (onun diviziya qərargahı rəisi və ya qərargahın 1-ci hissəsinin rəisi olub - olmadığını xatırlaya bilmirəm), Azdiviziyanın tribunalının sədri Tağıyevin, diviziya qərargahı rəisinin köməkçisinin (soyadını yaxşı xatırlamıram, deyəsən Məmmədovdur) adlarını çəkdi.
O, həmçinin, baş və orta rəis heyətindən olan şəxslərin də soyadlarını dedi. Bütün soyadlarını xatırlamıram. Mənim yadımda bu şəxslərin soyadları qalıb: Bakı alayının komandiri Seyfulla Mehdiyevin, alay komandiri Murtuz Talıbzadənin, artilleriya alayının komandirinin (soyadını unutmuşam). O, həmçinin, bir sıra alay qərargahları rəislərinin və alay komandirləri köməkçilərinin də soyadlarını dedi, ancaq mən indi o soyadlarını xatırlamıram. Məhərrəmov göstərdi ki, cəlbetmə davam edir və güman etmək olar ki, diviziyanın rəis heyətinin çox böyük faizini əhatə edəcək.
Mən Məhərrəmova məlumat verdim ki, bu cür kütləvi cəlbetmə moskvalı işçiləri (mən Hərbi Mərkəzi nəzərdə tuturdum) ehtiyatlandım, bu konspirasiya prinsiplərini pozur və bütün işin iflasına gətirib çıxara bilər. Məhərrəmov göstərdi ki, bu məsələ Azərbaycanda heç kəsdə qorxu yaratmır, çünki etibarlı adamlar cəlb edilirlər. Ancaq o cəlbetməni ən etibarlı və lazımlı adamların əhatə edilməsi və ağırlıq mərkəzinin rəis heyətinin və əsgərlərin müvafiq seçiminə keçirilməsi, həmçinin, diviziyanın şəxsi heyətinin şovinist ruhunda tərbiyələndirilməsi göstərişi haqqında xəbərdar idi.
Sual: Siz göstərdiniz ki, İranda yaşayan mühacir qardaşınız Kəlbalı xanla əlaqəniz olub. Deyin, Siz Kalbalı xanla ancaq antisovet işi ilə bağlı olaraq əlaqədə idiniz?
Cavab: Xeyr, antisovet işi üzrə əlaqədən başqa, mən Kalbalı xanla həm də casus fəaliyyəti ilə bağlı olaraq əlaqədə idim. Mənim casus fəaliyyətim 1921-ci ilin sonundan başlandı.
1921-ci ilin sonunda soyadını xatırlamadığım Naxçıvanın bir sakini yanıma gəldi və xəbər verdi ki, o tez-tez qeyri-leqal şəkildə İranda olur. Həmçinin, mənim valideynlərim haqqında bəzi məlumatları da xəbər verdi və qardaşım Kalbalı xandan məktub çatdırdı. Qardaşım özü və yaxınlarımız haqqında xəbər verir və məktubu çatdıran şəxsin vasitəsilə Azərbaycandakı vəziyyət, həmçinin, qoşunların yerləşməsi haqqında ona məlumat verməyi xahiş edirdi.
Mən məktubu çatdıran şəxsin vasitəsilə qardaşım üçün Qafqaz ordusu hissələrinin dislokasiyası və sayı haqqında məlumatı ötürdüm.
1924-cü ildə mən casusluq işi ilə bağlı olaraq Azərpambığın rəisi Məmməd Hacıyevlə əlaqə yaratdım.
Məmməd Hacıyev xidməti işləri ilə əlaqədar tez-tez İranda olur və orada mənim qardaşım Kalbalı xanla görüşürdü.
Hacıyev bir dəfə mənim yanıma gəldi və qardaşımdan salam çatdırdı və danışdı ki, İranda mənim qardaşımı görüb və qardaşım xahiş etmişdi ki, İrana növbəti səfəri zamanı mən onun vasitəsilə Qırmızı ordu hissələrinin Azərbaycandakı dislokasiyası və say tərkibi haqqında məlumatları qardaşıma ötürüm.
Müəyyən müddətdən sonra Hacıyev mənimlə görüşdüyü zaman yaxın günlərdə İrana yola düşəcəyi haqda məni xəbərdar etdi və qardaşımın dilədiyi məlumatları tərtib edərək ona ötürməyi xahiş etdi ki, mən də bunu yerinə yetirdim.
Analoji məlumatları mən Kalbalı xan üçün elə həmin Hacıyevin vasitəsilə 1926-cı ilə qədər ötürürdüm.
1926-cı ildə Məmməd Hacıyev İrana getdi və qayıtmaz oldu.
Həmin vaxtdan həbs gününə qədər casus işi ilə əlaqədar heç kəs mənimlə əlaqə yaratmamışdı və mən öz casus fəaliyyətimi bərpa etmədim.
Protokol mənim tərəfimdən oxunub və mənim sözlərimdən düzgün qeydə almıb.
İmza.
(Naxçıvanski)
Son.

Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |