04.07.2012 [18:35] - Xəbərlər
Türkiyənin Ərzurum şəhərinin əhalisi yay ayında qış havası yaşayıb.
Türkiyə KİV-ləri məlumat verir ki, Ərzurumda bu gün günorta saatlarında təxminən bir saat yağan yağış və dolu şəhər əhalisinə çətin anlar yaşadıb. Küçələr bir anda su altında qalıb, qısa müddətdə qar kimi dolu yığınları əmələ gəlib.
Şəhərə yağan yağış və dolu sonradan selə çevrilib. Bəzi küçələrdə avtomobillərin hərəkətinə yağış və dolunun əmələ gətirdiyi çuxurlar ciddi maneə törədib. Dükanlardan bəziləri su altında qalıb.
Bu arada şəhərin bəzi yerlərində də daşqınlar baş verib. Bəzi məhəllələrdə dükanlarını sudan təmizləmək üçün vətəndaşlar böyük əmək sərf etməli olublar.

Bu xəbər oxucular tərəfindən 1130 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |