04.07.2012 [21:56] - Sosial
Ukrayna dairəsi yaxınlığında ağaclar məhv edilir
Bu barədə Davam.az-a bəhs olunan ərazidə yaşayan Mehman Həsən məlumat verib. Onun sözlərinə böyük bir ərazini əhatə edən yaşıllıq zolağı məhv edilir: "Uzun müddətdir ki, yaşadığım Əhmədli qəsəbəsində ağacların kütləvi şəkildə və “xüsusi” qayda ilə kəsildiyinin şahidi olmuşam. Ukrayna dairəsinin ətrafı vaxtilə böyük meşə zolağı olub. Bir neçə ildir ki, həmin meşə zolağı hissə-hissə hasarlanaraq ağacları gecə vaxtı kəsilib. Restoran, yaşayış binası və müxtəlif biznes obyektləri tikilib. Bu gün də həmin ərazidən keçirdim. Artıq yol kənarında iki cərgə qalmış ağacların da kəsilməsi üçün “hazırlığın” getdiyini gördüm. Dirəklər basdırılmış və beş-altı adam ərazidə ip çəkirdi. Heç bir şərhsiz çəkmiş olduğum şəkilləri təqdim edirəm.

Bu xəbər oxucular tərəfindən 1340 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |