05.07.2012 [01:05] - Gənclik
Təhsil Nazirliyində azərbaycanlı gənclərin xaricdə, əcnəbi tələbələrin isə ölkəmizdə təhsilinə dair tədbir keçirilib
Davam.Az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, təhsil naziri Misir Mərdanov son illər xarici ölkələrə təhsil almaq üçün göndərilən azərbaycanlı gənclərin sayının artdığını qeyd edən nazir iştirakçıları statistik rəqəmlərlə tanış edib. Nazir bildirib ki, 2007-2008-ci tədris ilində müvafiq proqram çərçivəsində 66, 2008-2009-cu tədris ilində 134, 2009-2010-cu tədris ilində 308, 2010-2011-ci tədris ilində 275, 2011-2012-ci tədris ilində 421, ümumilikdə isə 1204 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Nazir gənclərin çoxunun Türkiyə, Almaniya, Böyük Britaniya, Kanada, Rusiya və digər ölkələrdə oxuduğunu bildirib.
Təhsil naziri 2011-2012-ci tədris ilində dünyanın 23 ölkəsinin 200-dək universitetində 825 nəfər azərbaycanlı gəncin təhsil aldığı barədə məlumat verib. Misir Mərdanov xaricdə təhsil alan azərbaycanlı tələbələrin ixtisas sahələri üzrə göstəricilərini nəzərə çatdırıb və tibb ixtisasına daha çox üstünlük verildiyindən bəhs edib.
Tədbirdə nazir əcnəbilərin Azərbaycanda təhsilinə də toxunub. 2011-2012-ci tədris ilində Azərbaycanda 5598 əcnəbi tələbənin təhsil aldığını nəzərə çatdırıb.
Təhsil naziri Misir universitetlərarası əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparıldığı, hər iki ölkədə təhsil alan azərbaycanlı gənclərlə görüşlər keçirildiyi haqqında da məlumat verib.

Bu xəbər oxucular tərəfindən 1241 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |