Şrift:
Yaxın günlərdə Kiyevdə Azərbaycan Ticarət Evinin açılış mərasimi olacaq
13.06.2018 [10:44] - Diaspor
İyunun 22-də Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan Ticarət Evi açılacaq. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Ticarət Evinin açılışında iştirak etmək üçün Azərbaycandan rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə həyəti gedəcək.

Açılış mərasimində Azərbaycanın şərab və digər məhsulları təqdim ediləcək.

Azərbaycan Ticarət Evinin açılış mərasimi zamanı, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və "Ukrayna Şərab İnstitutu" Elmi Mərkəzi arasında elmi və texniki əməkdaşlıq haqqında müqavilə imzalanacaq.

Qeyd edək ki, artıq Azərbaycanın Belarusda Ticarət Evi fəaliyyət göstərir və indiyədək bu ticarət evi vasitəsilə ölkəmizdən Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları, zeytun yağı, nar şirəsi və çay ixrac edilib.

Hazırda Azərbaycanın BƏƏ, Çin və Rusiyada Ticarət evlərinin açılması imkanları araşdırılır.
Bu xəbər oxucular tərəfindən 1653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed