Şrift:
“İcbari sığortalar haqqında” qanuna əlavə və dəyişikliklər olacağı gözlənilir
05.07.2012 [10:38] - Hüquq
Gələn il Azərbaycanda icbari sığorta növlərinin informasiya sistemi vasitəsi ilə əldə olunması üçün “İcbari sığortalar haqqında” qanuna əlavə və dəyişikliklər olacağı gözlənilir.
Bu sözləri İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev jurnalistlərə açıqlamasında demişdir. O məlumat vermişdir ki, dəyişikliklərin edilməsi ilə bağlı İSB tərəfindən Dövlət Sığorta Nəzarəti Xidmətinə təkliflər təqdim edilmişdir. Təkliflərdə “Əmlakın icbari sığortası”, “Daşınmaz Əmlakın istismarı üzrə mülki məsuliyyətin icbari sığortası” və “Sərnişinlərin icbari sığortası“ növləri üzrə informasiyanın əldə edilməsi, İSB-nin informasiya sisteminin dövlət orqanlarına inteqrasiyası məsələləri əksini tapmışdır.
Hazırda Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi ilə bu istiqamətdə danışıqlar aparılır.
Bu xəbər oxucular tərəfindən 1551 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed