Şrift:
Borçalıda güclü dolu yağıb
05.07.2012 [10:51] - Gündəm, Hadisə
Gürcüstanın Bolnisi rayonuna güclü dolu yağmışdır
İyulun 4-ü axşamı azərbaycanlıların yığcam məskunlaşdıqları Kvemo Karti-Borçalı bölgəsinin Bolnisi rayonuna güclü dolu yağmışdır. Dolu ən çox Bolnisi rayon mərkəzinə, onun ətrafındakı 3 kəndə, o cümlədən soydaşlarımız yaşayan və rayonun ən böyük kəndlərindən olan Kəpənəkçi (Kvemo Bolnisi) kəndinə ciddi ziyan vurmuşdur. Təqribən 7-8 dəqiqə ərzində yağan dolu bu ərazidə birillik bitkilərə, meyvə bağlarına, üzümlüklərə ciddi ziyan vurmuşdur.
Rayon icra hakimiyyətinin başçısı İosif Laliaşvili dolunun kənd təsərrüfatına ciddi ziyan vurduğunu bildirmiş və zərərin dəqiq miqyasını icra hakimiyyəti nəzdindəki komissiyanın müəyyənləşdirəcəyini, zərərin ödəniləcəyini demişdir.
Bu xəbər oxucular tərəfindən 1510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed