20.06.2018 [13:05] - Hüquq
Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Heydər Əliyevin anadan olmasının 95 illiyi, həmçinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi ilə bağlı Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilir.
Tədbirdə xarici ölkələrin ombudsmanları, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, UNESCO və digər beynəlxalq təşkilatların Azərbaycanda təmsil olunan nümayəndələri, habelə Azərbaycan Milli Məclisinin deputatları, dövlət qurumları, qeyri-hökumət təşkilatları və media təmsilçiləri iştirak edirlər.
Konfransda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abullayev, Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ülkər Bayramova, Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan ədliyyə nazirinin müavini Məhərrəm Əliyev və xarici qonaqlar çıxış edəcəklər.

Bu xəbər oxucular tərəfindən 943 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |