Şrift:
Cənubi Qazaxıstan vilayətinin adı dəyişdirilib
20.06.2018 [13:06] - Türk dünyası-Turan
Qazaxıstan Respublikasının Cənubi Qazaxıstan vilayətinin adı dəyişdirilib.
Ölkə Prezidenti Nursultan Nazarbayev vilayətin Türküstan adlandırılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, vilayətin mərkəzi Türküstan adlanacaq şəhərə köçürüləcək.
“Türküstan vilayətini mərkəzi yüz illərdir Qazax Xanlığının və bütün Türk dünyasının, siyasi, mənəvi qəlbi olan Türküstan şəhəri olacaq”, - N.Nazarbayev vurğulayıb.
Qeyd edək ki, Cənubi Qazaxıstan vilayəti 1932-ci il martın 10-da yaradılıb. 1962-ci il mayın 3-dən 1992-ci il iyulun 6-dək bölgə Çimkənt adlanıb. 1992-ci ildən vilayət yenidən Cənubi Qazaxıstan adlanmağa başlayb. 2018-ci il iyunun 19-da Cənubi Qazaxıstan vilayətinin adı dəyişdirilib və Türküstan adlandırılıb.
Onun mərkəzi Çımkənd şəhərinə isə böyük şəhər statusu verilib. Ölkənin keçmiş paytaxtı Almatı da bu vilayətin tərkibinə daxildir. Vilayətin ərazisi 116 min 95 kv.km olmaqla Qazaxıstanın ümumi sahəsinin 4,3 faizini təşkil edir. Əhalisinin sayı 8 milyon 408 min 63 nəfərdir. Qışı mülayim keçdiyindən vilayətdə pambıq, çəltik, taxıl, üzüm, meyvə, tərəvəz, tütün, çətənə becərirlər. Əlvan metallurgiya, maşınqayırma, kimya sənayesi, yüngül və qida sənayesi, balıqçılıq, meşə təsərrüfatı, heyvandarlıq sahələri də var. Türküstan da qazax, özbək, uyğur, koreyalı, rus, dunqan, tacik etnoslarının nümayəndələri yaşayırlar.
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed