05.07.2012 [11:47] - Xəbərlər
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycana gəlib. Onun səfəri iyulun 6-dək davam edəcək. Bu gün o, Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-NATO tərəfdaşlığının inkişafına dair məsələlər müzakirə olunacaq.
NATO rəsmisi Azərbaycanda NATO Günləri çərçivəsində tədbirlərdə iştirak edəcək, ANAMA-nın Çeyrançöldə gerçəkləşdirdiyi yeni layihənin açılış mərasiminə qatılacaq, NİSA Yay Məktəbinin “Böhrana cavab: Beynəlxalq ictimaiyyətin yanaşmaları, imkanları və resursları” mövzusunda tədbirinin iştirakçıları ilə görüşəcək.

Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |