Şrift:
Pavel Potyomkinin Quba xanı Fətəli xana məktubu - Qarabağ və Gəncə xanlıqlarının üzərinə göndərməyə təhrik edir
21.06.2018 [10:25] - Xəbərlər, DAVAMın yazıları
Azərbaycanın ən ağrılı, ən həssas dönəmlərindən biri də xanlıqlar dövrü idi. O xanlıqlar ki, hərəsi özünə bir dövlət idi. Ancaq nə dövlət kimi özlərini yad işğalçılardan qorumağa gücləri vardı, nə də ki, birləşib vahid güc halına gəlməyə istəkləri. Elə ona görə də hər biri ayrı ayrı ovlanaraq işğalçıların məngənəsinə düşdülər. Ondan sonrası isə hər kəsə bəllidir. Bu günə şükür...

Bu gün təqdim edəcəyimiz material da həmin dövrə aiddir. Belə ki, Quba xanı Fətəli xan Rusiyaya bağlılığını bildirdikdən sonra çarın ən etibarlı adamı, general-feldmarşal, dövlət xadimi Grigori Aleksandroviç Potyomkin Quba xanı Fətəli xana 1784-cü il dekabrın 20-də bir məktub göndərir.

Enter.News “Osmanlı sənədlərində Qarabağ” toplusundan əldə etdiyi həmin məktubu üslubuna toxunmadan olduğu kimi təqdim edir:

“Ali-cahı rəfi’-cah-ı dost və mevəddət-agah Xanı azimü'ş-şan Fətəli Xan damə ikbalühu

Çün tərəfinizdən göndərilən alişan İbrahim Bəyi müraciət etdiyimizdə hər dəfə xəyal etməmişik kim siz imperatoriçəyi uzma inayətli Padşahım həzrətlərinin qulluq və xidmətinə olan ixlasınız və mütiliyiniz babında məvfuru xatiri cəm’ və xatirnişanlığınıza görə bu qədər tacil-i vaxtında mənə ginə də öz tarazlığımızı sizə izhar eyləməyə ta’addi edərsiz deyu və vaxtı kim mən cümlə sizin əvvəlki hərəkətinizi fəramuş və fərrü güzar edib sizin üçün ali hökumətli vəziri əzəm münəvvərli Knez Grigori Aleksandriç Potemkin həzrətlərindən səy eyləməsi babında hazır və amadə olduğumuzda hisdiməmiz oldu kim siz ginə də Şuşa xanı üzərinə hücum etməyə meyl edib Salyanda asakir cəm’ edib İbrahim Xanda olan Gəncə Xanını istəməyə və ona mütəallik olan yerlərinə yürüş etmək üçün onda gəlmişsiz deyu bu düstur ihbaratı biz cənabımza vəziri əzəm münəvvərli Knez cənablarından sizin adınıza təhrir olunan bəyannaməsin irsal etməyə və ol bəyannaməyə mənim tələbim də mülhak etməyə ta’addi olunmuşdur. Yəni əvvəla gərəkdir kim siz heç bir vəch ilən Gəncə Xanını istəməyəsiz və saniyən Məsihi millətində olan Xiristiyan tayfasına zərrə miqdar cəbr və cənabınızı muhbər edib sizin bu halda bi-tağyir qəbul olmasına muntazırım.

Qaldı kim mən də ol vaxtda vəziri əzəm münəvvərli Knez həzrətlərini sizin üçün imperatoriçə-i uzma-i Padşah həzrətlərinin payi taxtı hüzurunda səy və kuşiş etməsi babında cəhd edərəm və bu bizim tələbimizə müxalif çıxdığınızda əlbəttə mənə tapşırılan ixtiyarıma görə çarə tapıb əməl və hərəkət edəcəyimizə şəkkim və şübhəm olasız ba-fərman daim tərəfinizə xeyirxah deyu biləsiz.

Pavel Potemkin

Tarihü’l-Məsihiyyə Dekabir ayınm iyirmi yevmində il 1784

20 dekabr 1784”

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 769 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed