Şrift:
İran vətəndaşlarının 62% uranın zəngiləşdirmənin əleyhinədir
05.07.2012 [13:03] - Güney Azərbaycan xəbərləri
İyulun 3-də İran Dövlət Teleradio Təşkilatına bağlı xəbər saytı (www.irinn.ir) Qərbin İrana qarşı sanksiyalarından yaxa qurtarmağın yolları haqda sorğu keçirib. Sorğuda vətəndaşlara “Qərbin İrana qarşı sanksiyalarının ləğvi üçün üç variantdan hansına üstünlük verirsiniz” sualı verilib. Cavab variantları belə sıralanıb:

1) Qərbin İrana qarşı sanksiyalarının tədrici ləğvi üçün İranın uranı zənginləşdirməkdən biryolluq vaz keçməsi,

2) İranın kəskin mövqe göstərərək Hörmüz boğazını bağlaması,

3) İranın nüvə hüququnu qorumaq üçün müqavimət göstərməsi.

Sorğuya qatılan vətəndaşların 62 faizi birinci varianta üstünlük verib və dörd saat sonra www.irinn.ir prosesi dayandırıb.
Bu xəbər oxucular tərəfindən 1240 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed