05.07.2012 [13:20] - Xəbərlər
İyulun 5-də Əlcəzair Xalq Demokratik Respublikasında (ƏXDR) ölkənin müstəqilliyinin 50 illiyinə həsr olunmuş möhtəşəm bayram tədbirləri keçiriləcəkdir. 1962-ci il iyulun 5-də Əlcəzair Fransanın 130 ildən çox davam edən müstəmləkə idarəçiliyindən azad olmuşdur.
Təntənələr yerli vaxtla gecəyarı “Şöhrət qurucuları” adlı böyük tarixi tamaşa ilə başlayacaqdır. Tamaşa paytaxtın qərb hissəsində - Sidi-Frec adlı kurort yerindəki Yaşıl Teatrda göstəriləcəkdir. Açılış mərasimində Əlcəzair Prezidenti Əbdüləziz Buteflika iştirak edəcəkdir.
Bu yer təsadüfən seçilməmişdir: 1830-cu ildə məhz burada Əlcəzair sahilinə fransız desantı çıxmışdır. Ölkənin uzun illər sürən müstəmləkələşdirilməsi də bundan sonra başlanmışdır.
İyulun 5-də şənliklərdə iştirak etmək üçün gənclər hərəkatlarının təşkil etdikləri altı karvan paytaxta daxil olacaqdır. Bu karvanlar Fransa qoşunları və Əlcəzair Milli Azadlıq Cəbhəsinin (ƏMAC) qoşunları arasında atəşkəs elan edilməsi barədə tarixi sazişlərin Fransanın Evian şəhərində imzalanmasının 50-ci ildönümündə - 2012-ci il martın 19-da ölkənin altı tarixi departamentindən çıxmışdır və bu gün vahid “Karvan yaddaşı”nda birləşəcəklər.
Əicəzair 1830-cu ildən 1962-ci ilədək Fransanın müstəmləkəsi olmuşdur. ƏMAC-nin 1954-cü ildə başladığı müstəqillik uğrunda mübarizə Fransa hökuməti və Əlcəzair Respublikasının müvəqqəti hökuməti arasında atəşkəs haqqında Evian sazişlərinin imzalanması, daha sonra 1962-ci il iyulun 5-də Əlcəzairin müstəqilliyinin elan edilməsi ilə başa çatmışdır. Bu müharibədə 300 mindən 1 milyonadək adam həlak olmuşdur.

Bu xəbər oxucular tərəfindən 1586 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |