05.07.2012 [13:58] - Güney Azərbaycan xəbərləri
İyulun 4-də jurnalistlər İran kəşfiyyatının – ETTELAAT-ın rəhbəri Heydər Moslehiyə azərbaycanlı şairlər Şəhriyar Del Gerani və Fərid Hüseynlə bağlı sual veriblər. Heydər Moslehi İranda tutulan azərbaycanlı şairlərin durumu və onlara irəli sürülən ittihamla bağlı sualı belə cavablandırıb: “Hələ tezdir. Bu haqda əlavə məlumat almaq üçün bir az dözməlisiniz. Mən indi bu barədə məlumat verməyəcəyəm”. Fərid Hüseyn və Şəhriyar Del Gerani aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər. Onlar mayın 2-də Təbrizdə həbs olunublar. İyulun 3-də İranın “Press TV” kanalı Şəhriyar Del Gerani və Fərid Hüseynlə bağlı video yayıb. Videoda Azərbaycan şairlərinin casusluqda ittiham olunduğu deyilir. İddiaya görə, Azərbaycan yazarları Milli Təhlükəsizlik Nazirliyinin tapşırığı ilə hərəkət ediblər və İranda yerli azərbaycanlı dissidentləri məxfi əməkdaşlığa cəlb etməyə çalışıblar. Videoda deyilir ki, şairlərin fotoaparatında İrandakı strateji obyektlərin və qurğuların şəkilləri aşkarlanıb.
Bu xəbər oxucular tərəfindən 1191 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |