05.07.2012 [13:59] - Xəbərlər, Hərb
Azərbaycanda minaya düşənlərin sayı xeyli azalıb. Bu barədə jurnalistlərə baş nazirin müavini Abid Şərifov məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda mina və hərbi sursatların partlayışları nəticəsində 642 nəfər dünyasını dəyişib: «Son illərdə məktəblərdə bununla bağlı dərslər keçirilir. Məlumatlandırma işləri təşkil olunur. Bu da öz növbəsində mülki insanlar arasında mina qurbanlarının sayının azalmasına təsir göstərir».
A. Şərifov bildirib ki, indiyədək ümumilikdə 19 min hektar ərazi minalardan təmizlənərək insanların istifadəsinə verilib.
Baş nazirin müavini işğal altındakı ərazilərdə mina və PHS təhlükəsi ilə bağlı qiymətləndirmə sənədi hazırlandığını bildirib. Bu sənəddə ərazilər işğaldan azad olunandan sonra orada torpaqların təmizlənməsi ilə bağlı məsələlər əksini tapır.
A. Şərifov Bakı ətrafında, keçmiş sovet ordusunun hərbi bazalarının ərazilərində mina və PHS probleminin mövcud olduğunu və bu problemlərin aradan qaldırılması istiqamətində işlər aparıldığını vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 1491 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |